" Vətənpərvərlik Etüdləri" qədim sənətkarlar yurdu Şəkidə (AZpress.AZ, Minə Türksoy, +FOTO=7)

" Vətənpərvərlik Etüdləri" qədim sənətkarlar yurdu Şəkidə (AZpress.AZ, Minə Türksoy, +FOTO=7)

" Vətənpərvərlik Etüdləri" qədim sənətkarlar yurdu Şəkidə (AZpress.AZ, Minə Türksoy, +FOTO=7)

 

Layihə və etüd rəhbəri Elnurə və Aygün İsgəndərovaların olduğu YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyevin dəstəyi və millət vəkili Vüqar İsgəndərovun təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 99-cu il dönümünə həsr olunmuş "Vətənpərvərlik Etüdləri" çərçivəsində "Şəki Mənzərələri" və Şəki şəhərindən olan ADPU-nun nəzdində Pedaqoji kollecin , ADRA-nın nəzdində olan İncəsənət Kollecinin müəlliməsi Rəsmiyyə Mahmudovanın tələbələri ilə birgə 3-cü fərdi yaradıcılıq sərgisi Şəki şəhər Heydər Əliyev Mərkəzində təşkil olundu. Rəssam qrupunu Millət Vəkili Vüqar İsgəndərov qarşıladı . Əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olundu. Media nümayəndələrinin və ziyalıların iştirakı ilə sərgini layihə rəhbəri Elnurə İsgəndərova açaraq rəssamların Şəki şəhərini xüsusilə qədim abidələri etüddə həvəslə işlədiklərini bildirdi. Rəsmiyyə xanımın odun parçaları üzərində və vitraj əsərlərində xüsusilə milli motivləri , Qarabağ mövzusunu , Şəki şəhərinin gözəlliklərini yaratdığı unikal əsərlərin təqdimatını etdi və sözü millət vəkili Vüqar İsgəndərova verdi. Vüqar İsgəndərov isə çıxışında Şəki şəhərinə gələn rəssam heyətini salamladı , gənclərin Vətənpərvər şəkildə yetişdirilməsinin mühüm bir iş olduğunu bildirdi , daim çalışmaq , təhsil yollarında uğurlar arzuladı. Şəki şəhəri haqqında geniş məlumat verdi. Sonra söz Rəsmiyyə Mahmudovaya verildi. O da, öz növbəsində təşkilatçılara təşəkkürünü bildirdi.Tələbələrini təbrik etdi . 3-cü fərdi yaradıcılıq sərgisinin Şəki şəhərində təşkil olunmasından ayrıca xöşbəxt olduğunu bildirdi.

 

Çıxış edənlərdən  Rəsmiyyə Mahmudovanın təhsil aldığı Şəki Şəhər Aşağı Göynük kənd orta məktəbinin keçmiş direktoru Cahangir Mahmudov və məktəbin zavuçu ədəbiyyat müəllimi Rəsmiyyə xanımın sinif yoldaşı Könul Mahmudova, qardaşı Tural Mahmudov Rəsmiyyə müəllimənin həm ziyalı xanım, həm də ana olaraq onun gözəl insan olduğunu bildirdilər və sənət yolunda uğurlar arzuladılar. Sərginin sonunda rəssamlar diplomlarla təltif olundular. Xatirə fotoları çəkildi. Millət vəkili Vüqar İsgəndərov Etüd iştirakçıları ilə bərabər Şəkinin gözəl məkanı olan Çələbi Xan restoranında qonaq oldular. Şəki mətbəxi ilə tanış olub ləzzətini daddılar.

 

Rəssamlar Şəki Xan sarayını , Xan bağını ziyarət etdilər və etüdlər həyata keçirdilər.Etüd də iştirak edən Qardaş Türkiyəmizdən olan rəssam Ahmet Naim Pir və məşhur foto rəssam Mehriban Zeynalova fotolar çəkdilər.

 

Rəsmiyyə Mahmudovanın fərdi yaradıcılıq sərgisində iştirak edən tələbələri :

 

Xəlilzadə Selcan
Fərzəliyeva Məlahət
Kərimov Ruhin
Rüstəmli Əli
Abdullayeva Səadət
Əliyeva Mədinə
Məmmədova Səlma
Qurbanova Elgünə
Əliyeva Fatma
Musayeva İlknur
Süleymanova Fidan
Hacızadə Pərvin
Babayeva Sara
Cəbrayılov Adil
Quliyeva Sevanə
Rəsulov Tuncay
Novruzova Nuray
Əsgərova Çiçək
İmanlı Nəzrin

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]