Rəssam Nazim Şamxorovun İşığın ecazkar əksi fərdi yaradıcılıq sərgisi keçirildi (AZpress.AZ, Mahir Əhmədov, +FOTO=65)

Rəssam Nazim Şamxorovun “İşığın ecazkar əksi” fərdi yaradıcılıq sərgisi keçirildi (AZpress.AZ, Mahir Əhmədov, +FOTO=65)

Rəssam Nazim Şamxorovun “İşığın ecazkar əksi” fərdi yaradıcılıq sərgisi keçirildi (AZpress.AZ, Mahir Əhmədov, +FOTO=65)

 

Rəssam Nazim Şamxorovun “İşığın ecazkar əksi” fərdi yaradıcılıq sərgisi baş tutdu. Azərbaycan Rəssamlar İttifaqının, Bakı Qalereyasının dəstəyi, Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə 2022-ci il may ayının 4-də saat 19-da Nazim Şamxorovun “İşığın ecazkar əksi”  fərdi yaradıcılıq sərgisi Xətai Sənət Mərkəzində açıldı. Sərgini giriş sözü ilə sənətşünas Qalıb Qasımov açdı.Sənətşünas Sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev ,Bakı qalereyasının direktoru Eldəniz Babayev , Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov sərgi və rəssam Nazim Şamxalov haqqında oz ürək sozlərini bolüşdülər . Sonra sərgi açıq elan olundu və” Leyla” kvartet qrupunun musiqi sədaları alıtinda ziyarətçilərə gözəl bir axşam əhval-ruhiyyəsi ərmağan olundu. Bildirmək istəyirəm ki,Rəssam Nazim Şamxorov 5 may 1982-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1997-2001-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində, 2001-2005-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında xalq rəssamları Böyükağa Mirzəzadə, Oqtay Şıxaliyev və Fərman Qulamovun emalatxanasında təhsil almışdır. Rəssam bir çox xarici ölkələrin sərgilərində və simpoziumlarda iştirak etmişdir.

 

Onun "Abşeron", "Neft daşları", "Bakı", ";Xəzər dənizi"; "Şuşa- Daşaltı kəndi", "Şuşa. Gövhər-Ağa məscidi" və s. əsərlərin müəllifidir. Nazim Şamxorov 2006-ci ildən Cəfər Cabbarlı adına Teatr Muzeyində bərpaçı rəssam vəzifəsində çalışır. Bir çox beynəlxalq sərgi və simpoziumlarda iştirak edən rəssam 2013-cü ildə Moldovada beynəlxalq simpoziumda ölkəmizi uğurla təmsil etmişdir. Rəssamın "Şuşa. Gövhər-Ağa məscidi" adlı əsəri 2021-ci ildə Ankarada Mədəniyyət Naziri Anar Kərimov tərəfindən Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğluna təqdim olunmuşdur. Rəssamın əsərləri Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda, Dünya Bankının Ofisində, Xətai Sənət Mərkəzinin və başqa şəxsi kolleksiyalarda saxlanılır. Sərgiyə giriş sərbəstdir. 5-7 may 2022-ci il tarixlərində sərginin iş qrafiki saat 10:00-dan 19:00-dəkdir.
Ünvan: Xətai Sənət Mərkəzi Bakı şəhəri, Xocalı pr., 62

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]