Bizi tərk eləmir xatirələrin (AZpress.AZ, Akif Ağayev, +FOTO=12)

“Bizi tərk eləmir xatirələrin” (AZpress.AZ, Akif Ağayev, +FOTO=12)

“Bizi tərk eləmir xatirələrin” (AZpress.AZ, Akif Ağayev, +FOTO=12)


Masallıda ədəbi-bədii kompozisiya

 

Masallı Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası rayon təşkilatı, Masallı Regional Mədəniyyət İdarəsi və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə Nizami Gəncəvi adına rayon Mədəniyyət Mərkəzində Ümummili lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Bizi tərk eləmir xatirələrin” adlı ədəbi-bədii kompozosiya təqdim edilib.

 

Əvvəlcə Masallı Dövlət Rəsm Qalereyasının və Masallı Dövlət Regional Kollecinin birgə təşkil etdiyi sərgiyə baxış keçirilib.

 

Tədbirdən öncə Ümummilli lider Heydər Əliyevin, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının rayon təşkilatının sədri Seyfəddin Əliyev Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən ətraflı bəhs edib. Zəfər tariximizin əhəmiyyətindən danışan natiq Ümummilli Liderin Şuşa haqqında söylədiyi fikirlərdən sitatlar gətirməklə Heydər Əliyev ideyalarının möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

 

Daha sonra Masallı və Cəlilabad rayon Mədəniyyət Mərkəzlərinin nəzdində fəaliyyət göstərən Xalq teatrı aktyorlarının, Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələrinin iştirakı ilə yazıçı Zəlimxan Yaqubun “Bizi tərk etmir xatirələrin” ssenarisi əsasında hazırlanmış tamaşa təqdim edilib.

 

Ədəbi-bədii kompozisiyaya Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin solisti Atamoğlan Zahidin və Masallı Dövlət Regional Kollecinin tələblərinin ifasında səslənən Ulu Öndərə həsr olunmuş mahnı və şeirlərlə yekun vurulub.

 

Kompozisiyanın iştirakçılarına iki şəhid anası Ziba Əsgərova tərəfindən hazırlanmış “Cəsur qardaşlar” fəxri fərmanları təqdim edilib.

 

Akif AĞAYEV.

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]