"Onun adı Şuşadır!"ın hörmətli oxucusu Əminə İbrahimli yazır: Kərim Kərimli - "Onun adı Şuşadır!" haqqında:

"Onun adı Şuşadır!"ın hörmətli oxucusu Əminə İbrahimli yazır: Kərim Kərimli - "Onun adı Şuşadır!" haqqında:

"Onun adı Şuşadır!"ın hörmətli oxucusu Əminə İbrahimli yazır:
Kərim Kərimli - "Onun adı Şuşadır!" haqqında:


Nəhayət, son günlərdə məni tamamilə öz təsiri altına almış kitabınızla bağlı duyğularımın tufanından çıxıb, fikirlərimi, təəssüratlarımı cəmləyə bildim.
İlk öncə onu deyim ki, "Onun adı Şuşadır" kimi bir kitabı yazmaq haqqı məhz sizə - təpədən-dırnağa şuşalı olan Kərim müəllimə məxsus olmalı idi. Şuşanı ürəyinin şişəsi hesab edib, onun uğrunda həm silahla, həm də bütün varlığı, qəlbi, sözünün qüdrəti ilə döyüşmüş bir Vətən övladı bu kitabı necə yazmaya bilərdi ki?
"Onun adı Şuşadır" qarabağlı olmayan məni də necə təsirləndirdisə, əlimdən tutub necə Şuşanı gəzdirdisə, 30 ildən bəri Şuşanın hamımıza tanış olan və olmayan dərdlərinə necə güzgü saldısa, şuşalıların özlərinə məxsus kədərli və qürurlu anlarını, yerində və sərrast deyilən duzlu-məzəli əhvalatlarını necə yaşatdısa, günlərdir təsirindən çıxa bilmirəm..
Bu kitabın səhifələrində Şuşa uğrunda təkbaşına, son nəfəsinə qədər neçə-neçə azğın düşməni məhv edib "Şuşa" deyə can verən Kamilin, 15 yaşında son damla qanına qədər şir kimi döyüşüb Şəhidlər xiyabanımızda uyuyan Hafiz balamızın, Şuşanı alınmaz qalaya çevrilib canını da Şuşaya qurban verən, sonra da yurd yerlərimiz kimi onu da güdaza verib igidlik, müqəddəslik, şəhidlik haqqına namərdcəsinə, alçaqcasına əl uzadılan Ramiz Qənbərovun və onlarla digər şuşalı igidlərin qəhrəmanlıq məqamlarını əbədiləşdirilməsinə şahid oldum. Qəhrəman oğullarımızla, qəhrəman Şuşanızla qürur duymaqla yanaşı, Şuşaya gedərkən ilk işi Şuşa Şəhidlər xiyabanındakı şəhid döyüşçü yoldaşlarının məzarlarına baş çəkmək olan və onların adlarını bir-bir sadalayıb onlara gözaydınlığı verən Kərim Kərimliyə qoşulub ağladım...
Amma kitab təkcə adama kədər, acı aşılamır, həm də daha çox qəhrəmanlıq, vətənə, yurda sonsuz sevgi aşılayır. Həm də bu kitabda gülə-gülə oxuduğum neçə-neçə duzlu-məzəli, amma həm də haqqına payları verilən satirik antipodların sındırılması və ürəyimizi buz kimi sərinlədən və layiq olduqları aqibətləri var..
Kitabı oxuyunca ağladım, güldüm, kədərləndim, sevindim, yandım-yaxıldım və qürurlandım... Və oxucuya bu cür zəngin, rəngarəng duyğuları yaşadan bu kitaba görə sizə çox-çox təşəkkür edirəm... Zənnimcə, dost şuşalılara hədiyyə ediləcək ən gözəl kitabdır...

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]