ART Zone rəngkarlıq simpoziumunun sərgisi – MASALLIDA (AZpress.AZ, Akif Ağayev, +FOTO=4)

“ART Zone” rəngkarlıq simpoziumunun sərgisi – MASALLIDA (AZpress.AZ, Akif Ağayev, +FOTO=4)

“ART Zone” rəngkarlıq simpoziumunun sərgisi – MASALLIDA (AZpress.AZ, Akif Ağayev, +FOTO=4)

 

Masallı Dövlət Rəsm Qalereyasında 5-ci “ART Zone” simpoziumunun iştirakçıları tərəfindən kətana köçürülmüş rəngkarlıq əsərləri sərgilənir.

 

Simpozium Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın şəxsi təşəbbüsü və dəstəyi, “Nəfəs” insanlığa dəstək, "Avrasiya" beynəlxalq araşdırmalar institutu, "Regional hüquqi və iqtisadi maarifləndirmə" ictimai birliklərinin və “ART Zone” simpoziumunun rəhbəri Şakir Eminbəylinin təşkilatçılığı ilə həyata keçirilir.

 

“ART Zone” simpoziumunun keçirilməsində məqsəd ölkənin mədəni həyatına fərqli baxış və yeniliklər gətirmək, ölkədə rəngkarlıqla məşğul olan fırça ustalarını tanıtmaq, onlara dəstək göstərmək, həmçinin ölkədə rəssamlıq ənənələrini yaşadaraq, gənc nəsillərə ötürülməsinə töhfə verməkdir.

 

Layihənin iştirakçıları Masallıda keçirilmiş 5-ci “ART Zone” simpoziumunda iştirak edib (21 - 28 aprel), bölgəmizin tarixi abidələri və təbiəti ilə tanış olublar.

Sərgi may ayının 20-dək davam edəcək.

 

Akif AĞAYEV.

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]