Mərkəzi Gömrük Hospitalının cərrahı Beynəlxalq Elmi Konqresdə çıxış edəcək

Mərkəzi Gömrük Hospitalının cərrahı Beynəlxalq Elmi Konqresdə çıxış edəcək

Mərkəzi Gömrük Hospitalının damar cərrahı, t.f.d., Dr.Səbuhi Dadaşov 5 may 2022-ci il tarixində həyata keçiriləcək  "Hamiləlikdə genital və ekstragenital xəstəliklər" mövzusunda Beynəlxalq Elmi Konqresin “Hamiləlik və Daxili xəstəliklər” panelində “Hamilələrdə venoz patologiya və tromboembolik ağırlaşmalar” mövzusunda   mövzusunda təqdimatla çıxış edəcək.


Qeyd edək ki, "Hamiləlikdə genital və ekstragenital xəstəliklər" mövzusunda Beynəlxalq Elmi Konqresin elmi  hissəsi Mərkəzi Gömrük Hospitalının facebook səhifəsi üzərindən canlı yayımlanmayacaq.


Mama-ginekoloq, kardioloq, endokrinoloq, damar-cərrahı, ümumi cərrah, infeksionist, hematoloq, psixiatr, onkoloq, nefroloq, anestezioloq-reanimatoloq, pediatr və neonatoloq  ixtisasında olan  həkimlərin konqresdə iştirak etməsi nəzərdə tutulub.


Konqres əyani olaraq Baku Marriott Boulevard otelində, distant olaraq isə ZOOM platformasında həyata keçiriləcək. Konqresdə iştirak ödənişlidir!


Əyani iştirak edəcək həkimlər üçün Konqresdə iştirak haqqı 100 AZN, əyani iştirak edəcək rezidentlər üçün 50 AZN təşkil edir. Distant iştirak haqqı isə 20 AZN-dir.


Proqramın 80 faizini tamamlayan hər bir iştirakçıya 8 DTT balı və sertifikat veriləcək.
Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!


Qeydiyyatdan keçmək üçün link: https://forms.gle/LsjH6jNrudqGVTnt6


Proqramla Mərkəzi Gömrük Hospitalının internet səhifəsində tanış olmaq və ödəniş etmək  üçün link: https://customshospital.az/5-may-hamilelikde-genital-ve-ekstragenital-xestelikler-beynelxalq-elmi-konqres/

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]