Muxtar Babayev Yaponiyanın Qızıl və Gümüş Ulduzlu Gündoğar Ordeni ilə təltif olunub

Muxtar Babayev Yaponiyanın Qızıl və Gümüş Ulduzlu Gündoğar Ordeni ilə təltif olunub

Aprelin 29-da Yaponiya hökuməti 2022-ci il yaz mövsümü üzrə orden ilə təltif edilmiş xarici vətəndaşların adlarını elan edib.


Yaponiyanın Azərbaycandakı səfirliyindən AZpress.AZ-a bildirilib ki, ekologiya və təbii sərvətlər naziri, Azərbaycan-Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının sədri Muxtar Babayev Qızıl və Gümüş Ulduzlu Gündoğar Ordeni ilə təltif olunub.


M.Babayev Yaponiya ilə Azərbaycan arasında iqtisadi münasibətlərin inkişaf etdirilməsinə verdiyi töhfələrə görə təltif edilib.


Qeyd edək ki, xarici vətəndaşların orden ilə təltif edilməsi, Yaponiya ilə dostluq əlaqələrinin inkişafında əhəmiyyətli əməyi olmuş xarici vətəndaşlara Əlahəzrət İmperatorun adından təqdim olunur.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]