AMEA Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və bacarıqların artırılması layihəsi üzrə növbəti onlayn tədbir keçirilib +FOTO=3

“AMEA Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və bacarıqların artırılması” layihəsi üzrə növbəti onlayn tədbir keçirilib +FOTO=3

“AMEA Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və bacarıqların artırılması” layihəsi üzrə növbəti onlayn tədbir keçirilib 

 

28-29 aprel 2022-ci il tarixlərində AMEA Yüksək Texnologiyalar Parkının (YTP) təşkilatçılığı ilə STEPI (Koreya Elm və Texnologiya Siyasəti İnstitutu) və YTP-nin birgə icra etdiyi “AMEA Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və bacarıqların artırılması” layihəsi çərçivəsində “Əqli mülkiyyətin idarəedilməsi” mövzusu üzrə onlayn tədbir keçirilib.

 

“Bilik laboratoriyası” formatında keçirilən tədbirdə patent sistemi və müəlliflik hüquqları sahəsində tanınmış koreyalı mütəxəssis, Seul Milli Universitetinin professoru Youngtack Shim təqdimatla çıxış edib.

 

Tədbirdə mütəxəssisin patent sistemi, patent hüququ, fərdi ixtiraçılar/innovatorlar, patentlər vasitəsilə innovasiyalara strateji yanaşma, patent vəkilləri, patent mühafizəsi vasitəsilə innovasiyaya keçid, eləcə də patent infrastrukturun qurulması sahələri üzrə beynəlxalq və Koreya təcrübəsi haqqında geniş məzmunlu təqdimatı dinlənilib, sözügedən mövzular istiqamətində Azərbaycan üçün tövsiyələr verilib.
AMEA-nın müxtəlif institut və təşkilatları, o cümlədən AMEA Naxçıvan Bölməsi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Təhsildə İnnovativ Texnologiyalar Mərkəzi, orta məktəb və özəl sektor nümayəndələrinin iştirak etdiyi iki günlük tədbirdə müzakirələr aparılıb, koreyalı ekspert tərəfindən mövzular üzrə suallar cavablandırılıb.

 

Qeyd edək ki, AMEA-nın və ölkə üzrə digər əlaqədar təşkilatların əməkdaşlarının texnologiyaların transferi və elmin kommersiyalaşdırılması üzrə bacarıqlarının artırılmasını qarşıya məqsəd qoyan və cari il ərzində hər ay keçirilməsi planlaşdırılan təqdimatlar çərçivəsində növbəti tədbir 18 may 2022-ci il tarixində “Tədqiqat institutları və texnologiyaların kommersiyalaşdırılması” mövzusuna həsr olunacaq.

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]