Bakı Fotoqrafiya evində isveçli foto rəssamının fərdi sərgisi açılıb (AZpress.AZ, Əqdəs Bağırzadə, +FOTO=26)

Bakı Fotoqrafiya evində isveçli foto rəssamının fərdi sərgisi açılıb (AZpress.AZ, Əqdəs Bağırzadə, +FOTO=26)

Bakı Fotoqrafiya evində isveçli foto rəssamının fərdi sərgisi açılıb (AZpress.AZ, Əqdəs Bağırzadə, +FOTO=26)

 

İsveç və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr edilmiş mədəniyyət layihələri çərçivəsində 27 aprel 2022-ci il tarixində İsveçin Bakıdakı Səfirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və İsveçin “Oriflame” şirkətinin birgə əməkdaşlığı ilə isveçli fotoqraf Elizabet Tollun “Mənzərələr və Portretlər” adlı fotoqrafiya sərgisinin açılış mərasimi keçirilib.

 

Elizabet Toll İsveçin Stokholm şəhərində anadan olub və orada böyüyüb. Beynəlxalq fotoqrafiya sahəsində uğurlu karyerası ərzində o, əsas diqqətini moda, portret və mənzərəyə yönəldib. Onun müştəriləriarasında “Louis Vuitton”, “Bonmarché”, “Omega”, “Sisley”, “H&M”, “Elle” (fransız və isveç nəşrləri), “Vogue” (fransız, alman və rus nəşrləri), “L'Uomo Vogue”, “Harper's Bazaar UK”, “Bon”, “Stiletto”, “Man about Town” və başqaları var. O, İsveç Kralliyyət Sarayı tərəfindən Vəliəhd şahzadə Viktoriya və onun ailəsinin portretlərinin sonuncu seriyasını çəkməyə dəvət olunub. Elizabet Toll fotoqrafiya işlərini Fransa, Almaniya, ABŞ və İsveçdə sərgiləyib.

 

Bu əslində Elizabet Tollun Azərbaycana ilk səfəri deyil. O, daha öncə bir neçə dəfə Azərbaycana səfər edərək, ölkəni gəzmək şansı əldə edib. Bakı Fotoqrafiya Evində təşkil edilən bu fərdi sərgidə Elizabet Tollun daha öncəki səfərləri zamanı Bakı, Qəbələ və Naxçıvanda çəkdiyi fotoşəkillərin bəziləri, eyni zamanda İsveç meşələrinin fotoşəkilləri və bir sıra portretlər nümayiş olunur.

 

Fotoqraf aprelin 27-də Bakı Fotoqrafiya Evində “Fotoqrafiya sənəti” mövzusunda interaktiv mühazirə ilə çıxış edib. Çıxışı zamanı o, mənzərə, portret və moda şəkilləri çəkərkən fotoqrafların xüsusi diqqət etməli olduğu məqamları açıqlayıb.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]