Yüksək Texnologiyalar Parkı Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Qobustanda keçirilən innovasiya festivalında təmsil olunub +FOTO=2

Yüksək Texnologiyalar Parkı Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Qobustanda keçirilən innovasiya festivalında təmsil olunub +FOTO=2

Yüksək Texnologiyalar Parkı Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Qobustanda keçirilən innovasiya festivalında təmsil olunub 

 

AMEA Yüksək Texnologiyalar Parkının rezidenti olan “Elm və Texnologiya Parkı” MMC Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Qobustan rayonunda təşkil olunan innovasiya festivalında iştirak edib.

 

Kənd Təsərrüfatı Nazirliyi, eləcə də digər dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi festivalda “Elm və Texnologiya Parkı” MMC-nin “NF010” və “qızılquş” dronları nümayiş olunub. Tədbir iştirakçılarına dronların imkanları və texniki göstəriciləri haqqında ətraflı məlumat verilib. Bildirilib ki, təqdim olunan dronlar torpaq örtüyünün spektral xarakteristikalarının müəyyən edilməsi, torpağın istilik şüalanması, onun nəmliyinin ölçülməsi, eləcə də bitki örtüyünün spektral, temperatur və şüalanma xarakteristikaları və bitki örtüyünün vegetasiya indekslərinin müəyyənləşdirilməsi üçün istifadə olunur.

 

Qeyd edək ki, müxtəlif yerli şirkətlərin öz innovativ məhsul və texnologiyalarını nümayiş etdirdikləri innovasiya festivalında kənd təsərrüfatı məhsul istehsalçıları üçün intensiv bağçılıq avadanlıqları, müasir texnologiyalar əsasında əldə olunmuş əkin materialları kimi çoxçeşidli innovativ məhsul və avadanlıqların təqdimatı olub.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]