Kino əfsanəsi Bəxtiyar Akademik Musiqili Teatrda (AZpress.AZ, Minə Türksoy,+FOTO=7)

Kino əfsanəsi “Bəxtiyar” Akademik Musiqili Teatrda (AZpress.AZ, Minə Türksoy,+FOTO=7)

Kino əfsanəsi “Bəxtiyar” Akademik Musiqili Teatrda (AZpress.AZ, Minə Türksoy,+FOTO=7)

 

6 və 7 may tarixlərində saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrının 112-ci mövsümünün növbəti premyerası – "Bəxtiyar" musiqili komediyası nümayiş olunacaq.

 

Görkəmli bəstəkar Tofiq Quliyevin musiqiləri əsasında ilk dəfə səhnəyə qoyulan bu tamaşa Akademik Musiqili Teatrın baş rejissoru Cavid İmamverdiyevin quruluşunda səhnələşdirilib.

 

Tofiq Quliyevin 105 illik yubileyinə həsr olunan səhnə əsəri füsunkar və əvəzolunmaz səsi ilə milyonların yaddaşlarda silinməz izlər qoyan SSRİ Xalq artisti Rəşid Behbudovun həyat və yaradıcılığını özündə əks etdirən "Bəxtiyar" filminin motivləri əsasında hazırlanıb.

 

Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Elşən Sərxanoğlu, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Fidan Babayeva, rəqslərin quruluşçusu Elvira Əzizova, rejissor assistenti Zaur Əliyevdir.
Bəxtiyar obrazını teatrın gənc və istedadlı solistləri Şaban Cəfərov, İbrahim Əlizadə, Emil Zeynallı, Saşa obrazını isə Aydan Həsənova, Mehriban Zaliyeva və Nəzrin İsmayılzadə canlandırırlar.

 

Səhnə əsərində Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Ələkbər Əliyev, Çingiz Əhmədov, Şövqi Hüseynov, Əkbər Əlizadə, Nadir Xasiyev, Nahidə Orucova, İqrar Salamov, aktyorlar Möylə Mirzəliyev, Əliməmməd Novruzov, Elçin İmanov, Rauf Babayev, Ülviyyə Əliyeva, Hüseyn Əlili, Elnarə Nağdəliyeva, Rəsmiyyə Nurməmmədova, Səmədzadə Xasiyev, Firuz Məmmədov, Elxan İsmayılov, Hidayət Əliyev, Zaur Əliyev, Fərid Rzayev, Nigar Qarayeva, Murad Əliyev, Əli Kərimov, Nərmin Əliyeva, Adelin Öztürk, Mehriban Rəcəbova, Kübra Quliyeva, Ofeliya Məmmədova, Cəbrayıl Cəbrayılov və başqaları müxtəlif obrazlarda tamaşaçıların qarşısına çıxacaqlar.

 

Rejissor Cavid İmamverdiyev teatr kollektivinin bu tamaşanın premyerasına çox böyük məsuliyyətlə hazırlaşdığını bildirib: “1955-ci ildə Əməkdar incəsənət xadimi Lətif Səfərovun rejissorluğu ilə çəkilən "Bəxtiyar" filminə, demək olar ki, hər kəs baxıb, əsərin süjet xətti ilə hamı tanışdır. Bu dəfə Akademik Musiqili Teatrın səhnəsində dahi bəstəkar Tofiq Quliyevin bənzərsiz musiqiləri izləyənlərin könlünü oxşayacaq. Canlı orkestrin müşayiəti ilə peşəkar aktyorların ifası teatrsevərlərə nostalji hisslər yaşatmaqla bərabər, fərqli təəssüratlar da bəxş edəcək. Hamı tərəfindən uğurlu ekran əsəri kimi qəbul edilmiş “Bəxtiyar” səhnə əsəri kimi də seviləcək. Biz buna əminik”.

 

Tamaşa üçün biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən, eləcə də “İticket.az” saytından əldə edə bilərsiniz!
Kollektiv sifarişlər qəbul olunur.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]