Lənkəranda Müasir dövrün çağırışlarında media ilə dialoq adlı konfrans təşkil edilib – AZpress.AZ, Ağaddin Babayev (FOTO=17)

Lənkəranda “Müasir dövrün çağırışlarında media ilə dialoq” adlı konfrans təşkil edilib – AZpress.AZ, Ağaddin Babayev (FOTO=17)

Lənkəranda “Müasir dövrün çağırışlarında media ilə dialoq” adlı konfrans təşkil edilib – AZpress.AZ, Ağaddin Babayev (FOTO=17)

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən dövlət siyasətinin tələblərinə və beynəlxalq standartlara uyğun olaraq, aşkarlıq və şəffaflığın təmin olunması, əsas insan və vətəndaş hüquqlarının qorunması prokurorluq orqanlarının əsas prioritet istiqamətlərindən biri olmaqla bu sahədə mövcud münasibətlərin inkişaf etdirilməsinə yönələn kompleks islahatlar həyata keçirilməkdədir.

 

AZpress.AZ xəbər verir ki, regional media, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti institutları ilə mövcud kommunikasiyanın möhkəmləndirilməsi məqsədilə cari il martın 14-də Baş Prokurorluğun təşkilatçılığı ilə Gəncə şəhərində təşkil edilmiş konfransın əhəmiyyətli nəticələrə səbəb olması nəzərə alınaraq, silsilə tədbirlərin davamı olaraq Lənkəranda “Müasir dövrün çağırışlarında media ilə dialoq” adlı işgüzar konfrans təşkil edilib.

 

Konfransda Baş Prokurorluq, Daxili İşlər, Ədliyyə, Müdafiə, Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, habelə Dövlət Təhlükəsizliyi Xidmətinin, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Mətbuat Şurasının nümayəndələri iştirak ediblər.

 

Astara, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Lerik, Lənkəran, Masallı, Yardımlı rayon və Lənkəran Hərbi prokurorluqlarının media ilə işləməyə məsul əməkdaşlarının da qatıldığı tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin Lənkəran şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər.
Konfrans iştirakçıları daha sonra “Şəhidlər Xatirə Kompleksi”nə baş çəkərək, məzarları üzərinə tər çiçəklər düzüb xatirələrini ehtiramla yad ediblər.

 

Tədbir çərçivəsində media qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə Lənkəran rayon prokurorluğunun inzibati binasına press-tur təşkil olunub.
İnzibati binanın infrastrukturu barədə məlumatlandırılan press-tur iştirakçıları burada əməkdaşlar üçün yaradılmış iş şəraiti, habelə kriminalistik avtomobil və avadanlıqlarla tanış olublar.
İştirakçılara prokurorluq orqanlarında aşkarlıq və şəffaflığın, vətəndaş məmnunluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.
Tədbirdən öncə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Lənkəran rayon prokuroru Taryel Ələkbərov informasiya təhlükəsizliyinin təmin olunması məqsədilə təşkil olunmuş işgüzar konfransın əhəmiyyətindən bəhs edib.

 

Tədbirdə çıxış edən Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi Vüqar Əliyev zamanın tələbinə uyğun olaraq prokurorluq orqanlarının sosial media fəaliyyətinin gücləndirilməsi istiqamətində kompleks işlər görüldüyünü qeyd edib, media və qeyri-hökumət təşkilatları ilə kommunikasiyanın gücləndirilməsinin zəruriliyini vurğulayıb, vətəndaş məmnunluğunun təmin olunması məqsədilə qurumun fəaliyyəti ilə bağlı aşkarlıq və hesabatlılığın ictimaiyyətə operativ şəkildə çatdırılmasının əhəmiyyətli olduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

 

2021-2023-cü illər üzrə Baş Prokurorluğun kommunikasiya strategiyasından bəhs edən Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə prokurorluğun sosial media platformalarında olan müraciət, sorğu və təkliflərə həssaslıqla yanaşıldığını, hazıradək 200-ə qədər müraciətin məhz sosial media platformalarında olan hesablar vasitəsilə qəbul edildiyini bildirib.

 

Tədbir zamanı, həmçinin, dövlət qurumlarının sözçüləri çıxışlar edərək birgə əməkdaşlığın perpektivləri barədə təkliflər səsləndiriblər.

 

Konfrans iştirakçıları mövcud əməkdaşlıqdan məmnunluqlarını bildirərək, gələcəkdə də dəyirmi masa və görüşlərin təşkilinin əhəmiyyətli olacağını vurğulayıblar.
Daha sonra dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və bölgə mediası arasında operativ və səmərəli əməkdaşlığın qurulması məqsədilə fikir mübadiləsi aparılıb.
Sonda xatirə şəkli çəkdirilib.

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]