Fotomarafonda iştirak etməyə dəvət edirik!

Fotomarafonda iştirak etməyə dəvət edirik!

 Hörmətli izləyicilər, əziz dostlar!


Hər kəsi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin struktur qurumu olan “İçərişəhər” Muzey Mərkəzinin nəzdində fəaliyyət göstərən Bakı Fotoqrafiya Evi və Azərbaycan Fotoqraflar Birliyinin birgə təşkilatçılığı ilə keçiriləcək Fotomarafonda iştirak etməyə dəvət edirik!
İçərişəhər ərazisində keçiriləcək fotomarafonun iştirakçılarına məhdud müddət ərzində (telefon və ya kamera vasitəsi ilə) təyin olunmuş üç mövzu üzrə şəkil çəkmək təklif olunacaq. Çəkilmiş fotolar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək, fotomarafonun qalibləri isə sertifikat və hədiyyələrlə təltif olunacaqlar.


Fotomarafonda iştirak etmək üçün tələb olunur:


1) 18 aprel 2022-ci il saat 14:00-dan 18:00-dək bütün iştirakçılar qeydiyyat vərəqələrini Bakı Fotoqrafiya Evindən götürməlidirlər;
2) İştirakçılara çəkdikləri foto şəkilləri təqdim etmək üçün 4 saat vaxt təyin olunur;
3) İştirakçılar mobil telefonlardan və ya peşəkar kameradan (qeydiyyat vərəqəsində qeyd olunmalıdır) istifadə edə bilərlər;
4) Təqdim olunacaq 3 mövzu üzrə hər biri üçün maksimum 3 şəkil təqdim olunmalıdır.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]