Dr.Şəbnəm Əlirzayeva: "Ramazan ayında hansı qidaları qəbul etmək faydalıdır?"

Dr.Şəbnəm Əlirzayeva: "Ramazan ayında hansı qidaları qəbul etmək faydalıdır?"

Mərkəzi Gömrük Hospitalının həkim endokrinoloqu Dr.Şəbnəm Əlirzayeva “Həkim məsləhəti” rubrikasında “Ramazan ayında hansı qidaları qəbul etmək faydalıdır?” sualını cavablandırıb.


Ramazan ayında  qidalanma digər aylardan fərqlidir, belə ki, gündəlik normada 3-4 dəfə qidalandıığımız halda, bu ay gündə 2 dəfə qida qəbul edirik. Ona görə də, 17 saata qədər olan fasilədə qida qəbul etdiyimiz üçün enerjini daha az alırıq və bədənimizdə olan su balansının miqdarı da azalır. Maddələr mübadiləsi zəifləyir, insulinin miqdarı isə artır. Oruc tutan vaxt baş agrısı, halsızlıq, köp,  həzm sistemi və böyrək problemləri əmələ gələ bilər. Odur ki, bu müqəddəs ayda düzgün qidalanmaq üçün bəzi qaydalara riayət etmək lazımdır.


Gündəlik qidalanmadan fərqli olaraq, özümüz üçün menyu tərtib etməli, lazımi qidaları bu menyuya daxil etməliyik. Hər şeydən əvvəl, iftarla imsak arasında orqanizmdə mayenin balansını nəzarətə almalı və tənzimləməliyik. Bu zaman 2-2,5 litr maye qəbul edilməlidir, belə olmazsa, bədəndə maye balansı pozulur, qan təzyiqi düşür, mədədə ağrılar olur, həzm sistemində problemlər meydana çıxır. Su ilə bərabər ayran, təzə sıxılmış meyvə-tərəvəz suları, mineral sular, bitki çaylarından da istifadə etmək olar.  Bəzi insanlar imsakda səhv olaraq yalnız bir qədər su içməklə kifayətlənir, qida qəbul etmirlər. Bu, tamamilə səhvdir və müxtəlif fəsadlara yol aça bilər.


İftar və imsakda qızartma, qovurma, kolbasa, sosiska, çox yağlı və ədviyyatlı, duzlu yeməklərdən uzaq durmalıyıq. Bunlar daha çox susuzluğa səbəb olduğu üçün oruc tutmağı çətinləşdirir. İftarda həm yüksək enerji verən, həm də qan şəkərini sürətli şəkildə yüksəldən qidalar olan ağ çörək, plov, qızardılmış kartof kimi yeməklərin əvəzinə bulqur plovu, kəpəkli çörək kimi qidalara üstünlük verilir. İftarda həddən çox şərbətli, yağlı şirniyyatlar yerinə südlü və ya meyvəli şirniyyatlara həftədə 1-2 dəfə qəbul etmək şərtilə üstünlük verilir. Yeməkləri yavaş-yavaş yemək və yaxşı çeynəmək lazımdır. Yeməklərin bişirilmə qaydaları da önəmlidir. Soyutma, qaynadılmış, sobada qızardılma qaydaları ilə hazırlanan yeməklərə önəm verilir.


Ramazan ayında  qan şəkərini sürətlə artıran un məmulatlarından da uzaq durmaq tövsiyə olunur. İftar və imsakda  bulka, düşbərə, qutab, əriştə, xəngəl və s. yeməklərdən istifadə etməyin. Belə ki, bu qidalar  köp əmələ gətirir, gec həzm olunur, qanda şəkəri yüksəldir və digər problemlərə yol açır.İftarda və imsakda omega 3-lə zəngin qozdan, badamdan da istifadə edin.


Allah oruc və dualarınızı qəbul etsin!
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]