ELMİ ŞURANIN İCLASINDA AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ QEYD EDİLİB +FOTO=3

ELMİ ŞURANIN İCLASINDA AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ QEYD EDİLİB +FOTO=3

ELMİ ŞURANIN İCLASINDA AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ QEYD EDİLİB 

 

C.e.d. Zakir Eminovun sədrliyi ilə AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurasının iclası keçirilib.

 

İştirakçılar 31 Mart Azərbaycanlıların Soyqırımı Günü münasibətilə qətliam günlərində həlak olmuş azərbaycanlıların, eləcə də torpaqlarımızın azadlığı uğrunda həyatını itirmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

 

Z. Eminov çıxış edərək prezident Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında" fərmanına əsasən 1998-ci il martın 26-dan etibarən 31 Mart tarixinin ölkəmizdə Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edildiyini diqqətə çatdırıb. O bildirib ki, 1918-ci il 30 mart və 3 aprel tarixləri arasında azərbaycanlılara qarşı törədilən soyqırım zamanı 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb, bir çox qədim binalar, tarixi abidələr dağıdılıb. Və bu vəhşilik tariximizin bu gününədək müxtəlif fasilələrlə davam etdirilib. Azərbaycanlıların soyqırım faktlarının tanınması və düzgün qiymətləndirilməsi ədalətin bərpası işində böyük əhəmiyyət kəsb edir.

 

Sonra gündəlikdə duran bir sıra məsələlərə baxılıb, İnstitutun strukturunda bəzi dəyişikliklər edilib. C.e.d. Rza Mahmudov İnstitutun Elmi şurasının sədr müavini seçilib, Xəzər dənizi bölməsindəki dəyişikliklərə baxılaraq 2 şöbə halında saxlanılması qərara alınıb. Tədbirdə həmçinin işə davamiyyət, doktorant və dissertantların attestasiyası, 2022-ci ildə keçiriləcək konfranslara hazırlıq və s. kimi məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilib.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]