31 Mart – Tarixin silinməyən qanlı yaddaşı mövzusunda anım tədbiri keçirilib (AZpress.AZ, İ.Nəriman, +FOTO=8)

“31 Mart – Tarixin silinməyən qanlı yaddaşı” mövzusunda anım tədbiri keçirilib (AZpress.AZ, İ.Nəriman, +FOTO=8)

 “31 Mart – Tarixin silinməyən qanlı yaddaşı” mövzusunda anım tədbiri keçirilib (AZpress.AZ, İ.Nəriman, +FOTO=8)

 

“Maestoso” tələbə klubu 31 Mart 2022-cil il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında azərbaycanlıların soyqırımı gününə həsr olunmuş “31 Mart – Tarixin silinməyən qanlı yaddaşı” mövzusunda anım tədbiri keçirilmişdir.

 

Tədbirdə “Tədris işləri üzrə” prorektor, professor Nərminə Quliyeva, “Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə” prorektor, professor Yeganə Axundova, “Tarix-nəzəriyyə” fakültəsinin dekanı, professor Gülzar Mahmudova, Musiqi tarixi kafedrasının müdiri, professor Ülviyyə İmanova, Musiqi nəzəriyyəsi kafedrasının müdiri, professor Könül Nəsirova, Humanitar fənnlər kafedrasının müdiri, professor Tərlan Quliyev, həmçinin, müəllim və tələbə heyəti iştirak etmişdir.

 

Tədbiri “Maestoso” tələbə klubunun üzvi Musiqişünaslıq ixtisasının II kurs tələbəsi Həmidə Yaşar açaraq, 1918-ci ildə Bakı şəhərində - onun ətraf kəndlərində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan ərazilərində Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğınlardan danışmış, rəsmi mənbələrə əsasən, soyqırımı nəticəsində on minlərlə azərbaycanlının qətlə yetirildiyini, insanların itkin düşdüyünü söyləmiş, Qubada aşkar olunmuş kütləvi məzarlıqda Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılmış Quba Soyqırımı Memorial Kompleksində müxtəlif yaş qruplarına aid 400- dən çox insan cəsədinin qalıqlarının müəyyən olunmasının soyqırımın bariz nümunəsi olduğunu bildirmişdir.

 

Tədbirin gedişatında Humanitar fənnlər kafedrasının müdiri professor Tərlan Quliyev və Musiqi tarixi kafedrasının müdiri Ülviyyə İmanova soyqırımının cəmi iki il mart ayının 31i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edildiyini bildirmişdir. Daha sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 26 Mart 1998-ci il tarixli fərmanı ilə 31 Martın Azərbaycanlıların Soyqırımı Günü elan edilməsindən danışdı. Gənc tələbələri qanlı tarixi unutmamağa və gələcəkdə məmləkəti mənfur düşməndən qorumağa səsləyərək, onlara Quba Soyqırımı Memorial Kompleksin tanıtım bukletlərini hədiyyə etdi.

 

“Maestoso” tələbə klubunun üzvi Musiqişünaslıq ixtisasının II kurs tələbəsi Rəhimova Nərminin səsləndirdiyi “Qanlı Mart gecəsi” şeri dinləyicilərin gözləri önündə həmin gecənin faciəsini canlandırdı. Sabah qrupunun III kurs tələbələri, Beynəlxalq Müsabiqələr laureatıZəhra Cahan, Ağazadə Aziza-İbrahimov Orxan, Xəlilzadə Kənan Mart soyqırımının faciəsini öz dərin musiqi ifalarında cəsarətlə tərənnüm etdilər.

 

Anım tədbiri Solo oxuma ixtisasının III kurs tələbsi Emin İsmayılovun ifasında Asəf Zeynallının “Ölkəm” romansının sədası ilə sona çatdı.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]