Kamal Salayev: Mart soyqırımında azərbaycanlıların qətlə yetirilməsinə dair ermənilərin etirafları

Kamal Salayev: Mart soyqırımında azərbaycanlıların qətlə yetirilməsinə dair ermənilərin etirafları

Kamal Salayev: Mart soyqırımında azərbaycanlıların qətlə yetirilməsinə dair ermənilərin etirafları
 

Kamal Salayev
AMEA-nın Qafqazşünaslıq İnstitutunun
Ermənişünaslıq şöbəsinin Baş Mütəxəssis
i


1918-ci ildə erməni silahlı qüvvələri bolşeviklərin göstərişi ilə Bakıda hakimiyyəti ələ keçirməyə çalışmışlar. Ermənilər 1918-ci ilin martın 31-də azərbaycanlıları kütləvi şəkildə qətlə yetirmişlər. Stepan Şaumyanın etirafından bizə məlum olur ki, mart soyqırımını ermənilərin “Daşnaksütyun” partiyasının 3-4 min nəfərədək terrorçuları törətmişlər. Erməni quldurları dinc azərbaycanlıların yaşadıqları məhəllələrə hücuma keçərək böyükdən kiçiyədək hər kəsi qətlə yetirmişlər. Azərbaycanlılara qarşı erməni terrorunun birbaşa şahidi olan alman əsilli Kulner adlı şəxs Bakı hadisələrinə dair 1925-ci ildə yazısında ermənilərin müsəlman məhlələrinə soxularaq hər kəsi öldürdüyünü, qılıncla parçaladığını və dəlmədeşik etdiklərini qələmə alır. Alman əsilli Kulnerin yazısından açıq-aşkar bizə məlum olur ki, ermənilər insanlığa qarşı misli görünməmiş vəhşiliklər törədərək 87 nəfər azərbaycanlıya məxsus cəsədlərin qulaq və burun nahiyyələrini kəsmiş, qarınlarını yırtmış, cinsiyyət orqanları doğramışlar. Ermənilər nə yaşlılara, nə hamilə olanlara, nə də ki uşaqlara qətiyyən rəhm etməmişlər.
Azərbaycanlıları məqsədyönlü şəkildə qətlə yetirənlərdən biri olan erməni zabiti Ovanes Aqresyanın xatirələrinə əsasən amerikalı aqronom Leonard Ramsden Hartvill “İnsanlar belə imişlər” adlı kitabını qələmə almışdır. Ovanes Aqresyan amerikalı müəlliflə söhbəti zamanı ermənilərin igilislərin və Rusiyanın yardımı ilə öz məqsədlərinə çatdığını bildirmiş, təkcə Bakıda 25 min nəfər azərbaycanlının ermənilər tərəfindən qətlə yetirildiyini qeyd etmişdir. Daşnaklar nəinki Bakıda, həmçinin, Şamaxıda, Qubada, İrəvanda, Zəngəzurda, Qarabağda, Naxçıvan və Qars ərazilərində səkkiz min nəfər dinc əhalini qətlə yetirmişlər. Soyqırım zamanı Azərbaycanın tarixi abidələri, o cümlədən, Şamaxıdakı Cümə məscidi ermənilər tərəfindən yandırılaraq uçuruma məruz qalmışdır. Cavanşir qəzasındakı 28 kənd, Cəbrayıl qəzasındakı 17 kənd tamamilə yandırılaraq məhv olunmuşdur. 1918-ci ilin aprelin 29-da Gümrü yaxınlığında 3 min nəfərədək günahsız qadınlar, uşaqlar və yaşlılar ermənilər tərəfindən pusqulara salınaraq məhv olunmuşdur. Naxçıvan qəzasına məxsus bir neçə kənd, Zəngəzur qəzasına məxsus 115 kənd ermənilər tərəfindən məhv olunmuş, 3257 kişi, 2276 qadın və 2196 uşaq amansız şəkildə qətlə yetirilmişdir. İrəvan quberniyasına məxsus 199 kənddə yaşayan 135 min azərbaycanlı məhv olunmuş, kəndlər isə darmadağın olunmuşdur.

 

Ermənilər 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Rusiyanın 366-cı motoatıcı polkunun dəstəyi ilə tarixin insanlığa qarşı törədilmiş ən faciəli və dəhşətli hadisələrindən biri olan Xocalı soyqırımını azərbaycanlılara qarşı törətmişlər. 1992-ci ilin mayında erməni silahlı qüvvələri Şuşanı ələ keçirdilər. 1992-ci ildə Laçını, 1993-cü ildə Kəlbəcəri, Ağdamı, Füzulini, Cəbrayılı və Zəngilanı işğal etdilər. O dönəm azərbaycanlıların güclü və təcrübəli bir dövlət başçısına ehtiyacları vardı. Məhz həmin şəraitdə Azərbaycan xalqının tələbi ilə ümummilli lider Heydər Əliyev hakmiyyətə gəldi. Ümummilli lider Heydər Əliyev noyabrın 2-də televiziya və radio vasitəsilə xalqa müraciət edərək hərbi-təşkilati tədbirləri həyata keçirdi. Noyabrın ortalarında erməni quldurlarının Beyləqan istiqamətindəki hücumunun qarşısı alındı. 1994-cü ilin yanvarında Füzuli rayonunun Horadiz qəsəbəsi və 22 kənd, həmçinin Cəbrayıl rayonunun bir hissəsi, Kəlbəcər rayonunun Bozlu, Təkəqaya, Babaşlar, Qanlıkənd, Çəpli, Susuzluq, Qasımbinəsi, Yanşaqbinə, Yanşaq, Bağırsaq, Qamışlı, Bağırlı yaşayış məntəqələri işğaldan azad olundu. Kəlbəcər-Laçın yolunun tunelə qədər olan hissəsi Azərbaycanın nəzarəti altına keçdi. Döyüşlər zamanı ermənilərin dörd min nəfər zabiti, 50 ədəd zirehli texnikası, 15 ədəd artilerriya qurğusu məhv olundu. Azərbaycanın müharibə zamanı yaratdığı dönüş, döyüş sahəsində qazandığı böyük nailiyyətlər təkcə Ermənistanı deyil, həmçinin onu müdafiə edən ermənipərəst qüvvələri də ciddi şəkildə narahat etməyə başladı. Belə bir şəraitdə 1994-cü ilin mayın 8-də Bişkek protokolu imzalandı, başqa sözlə desək Azərbaycanın düşmən üzərindəki qələbəsi mayın 12-də cəbhədə atəşkəsin əldə olunması ilə nəticələndi.

 

Bu gün artıq sevindirici hal ondan ibarətdir ki, həm baş verənlər soyqırımlar zamanı, həm də müharibələr zamanı şəhid olan bütün azərbaycanlıların ruhu artıq şaddır. Heç kəsin qanı yerdə qalmadı. Ermənilərin öz cinayətlərini ört-basdır edərək saxta “erməni soyqırımı”nı dünyaya car çəkməsinə baxmayaraq, hər kəs Ermənistanın əslində necə işğalçı bir dövlət olduğunu aydın şəkildə gördü. Tarixdə nə olursa-olsun ədalət gec də olsa həmişə öz yerini tapır. 44-günlük İkinci Qarabağ müharibəsində şanlı Azərbaycan Ordusu müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin əmri ilə Azərbaycan əraziləri işğaldan azad olundu. Dəmir yumruq əməliyyatı ilə düşmən ordusunun başı əzildi. 2020-ci ilin noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olundu.

 

Hazırda Xocalı inzibati rayonunun tərkibində yerləşən Fərrux kəndinin nəzarət altına alınması, Daşbaşı strateji yüksəkliyinin də ələ keçirilməsi şanlı Azərbaycan Ordusunun davam etməkdə olan uğurlu hərbi əməliyyatlarının nəticəsidir.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]