Yevlaxda "31 Mart - Azərbaycanlıların Soyqırımı Günü"nə həsr edilmiş tədbir keçirildi - FOTO

Yevlaxda "31 Mart - Azərbaycanlıların Soyqırımı Günü"nə həsr edilmiş tədbir keçirildi - FOTO

Əvvəlcə Yevlax Şəhər İcra hakimiyyətinin Başçısı Anar Tağıyev, Milli Məclisin deputatı İlham Məmmədov, YAP Yevlax rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların kollektivləri və ictimaiyyətin nümayəndələri Yevlax Şəhidlər Xiyabanında 31 Mart soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidəni, Vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önlərinə gül dəstələri düzərək xatirələrinə öz ehtiramlarını bildirmişlər.


Sonra YAP Yevlax rayon təşkilatının inzibati binasında Yevlax Şəhər İcra Hakimiyyətinin, YAP Yevlax Rayon Təşkilatının və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı "31 Mart - Tarixin yaddaşından silinməyən soyqırım" mövzusunda 31 mart  2022-ci il tarixdə elmi-praktiki konfrans keçirilmişdir. Konfransda rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələrinin nümayəndələri, qazilər,  təhsil, mədəniyyət işçiləri və YAP fəalları iştirak etmişlər.


Tədbir iştirakçıları soyqırımı qurbanlarının və topraqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.


Tədbiri giriş sözü ilə açan YAP Yevlax rayon təşkilatının sədri  Rafiq Əliyev 1918-ci ilin mart qırğınlarını erməni daşnakları tərəfindən xalqımıza qarşı zaman-zaman həyata keçirilən soyqırım siyasətinin ən dəhşətli səhifələrindən biri olduğunu, soyqırım zamanı Bakıda və digər bölgələrimizdə ermənilər tərəfindən minlərlə azərbaycanlının qətlə yetirildiyini diqqətə çatdırıb və qeyd etmişdir ki, Partiyamızın Sədri, Ali Baş Komandanımız  cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində erməni silahlı birləşmələrini məhv edərək, Zəfər Qələbəsinə imza atdılar. Və qəhrəman Azərbaycan əsgəri soyqırıma məruz qalmış soydaşlarımızın, torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin qisasını aldılar.


Tədbir çərçivəsində 31 Mart hadisələrindən bəhs edən videoçarx nümayiş etdirilmişdir.


Daha sonra tədbirdə çıxış edən Milli Məclisin deputatı İlham Məmmədov, Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini Elnarə Əzizova, DQİDK-nin Yevlax  bölgəsi üzrə şöbənin müdiri Natiq Əfəndiyev, Yevlax rayon Aşağı Salamabad kənd orta məktəbinin direktoru Yasin Cavadov, Mingəçevir Dövlət Universitetinin tələbəsi, YAP Yevlax rayon təşkilatının fəalı Əlirza Abdullayev, Yevlax Rayon Ağsaqqallar Şurasının sədr müavini Sərdar Məmmədov qeyd etdilər ki, XIX əsrdən başlayarq ermənilər Azərbaycan və Türkiyə ərazisində işğalçılıq niyyətlərini həyta keçirmək və tarixi torpaqlarımız hesabına “Böyük Ermənistan” xülyasını reallaşdırmaq üçün ardıcıl olaraq dəhşətli soyqırımı cinayətləri törətmişlər. Təkcə 1918-ci ilin mart qırğınları zamanı ermənilər tərəfindən Bakıda və Azərbaycanın müxtəlif bölgələrdə on minlərlə azərbaycanlının həyatına son qoyulmuş, qocalar, qadınlar və uşaqlar amansızcasına qətlə yetirilmiş, qədim tarixi abidələrimiz məhv edilmişdir. Təəssüf ki, uzun illər başımıza gətirilmiş bu dəhşətli hadisələr və onların səbəbləri xalqdan gizlədilmişdir. Yalnız Ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində soyqırımı hadisələri barədə həqiqətlər üzə çıxmış, bu hadisələrə hüquqi və siyasi qiymət verilmişdir. Ümummilli liderimizin müvafiq Sərəncamı ilə 1998-ci ildən başlayaraq hər il 31 Mart azərbaycanlıların soyqırımı günü kimi təkcə ölkəmizdə deyil, dünyada yaşayan milyonlarla soydaşımız tərəfindən də ürək ağrısı ilə qeyd edilir. Çıxış edənlər ölkə başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə Qubada Soyqırım qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Soyqırımı Memorial Kompleksinin yaradıldığını vurğulamış, soydaşlarımıza qarşı törədilmiş amansız cinayətlərdən geniş bəhs etmişlər.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]