Masallı Dövlət Regional Kollecinin tələbələri Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər (AZpressAZ -Akif Ağayev,+FOTO=8)

Masallı Dövlət Regional Kollecinin tələbələri Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər (AZpressAZ -Akif Ağayev,+FOTO=8)

Masallı Dövlət Regional Kollecinin tələbələri Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər (AZpressAZ -Akif Ağayev,+FOTO=8)

 

Masallı Dövlət Regional Kollecinin bir qrup müəllim və tələbə heyəti 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Quba rayonuna səfər edib.

 

Tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib, soyqırımı qurbanlarını ehtiramla anaraq abidə önünə tər çiçəklər düzüblər.

 

Sonra Soyqırımı Memorial Kompleksininin muzey ekspozisiyasında soyqırımla bağlı tarixi faktlardan, 1918-ci il hadisələri ərəfəsində dinc Quba həyatını əks etdirən fotoşəkillərdən ibarət sərgiyə baxış keçirilib.

 

Ziyarətçilər erməni-bolşevik birləşmələrinin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıb. Bildirilib ki, Azərbaycan tarixinə XX əsrin ən dəhşətli soyqırımlarından biri kimi daxil olan faciə zamanı bolşevik-erməni silahlı dəstələri Bakı, Quba, Şamaxı, Göyçay, Cavad, Salyan, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə kütləvi qətliamlar törədib, mindən artıq kənd yandırılıb və dagıdılıb.

 

2007-ci ildə Quba şəhərində aparılan tikinti işləri zamanı təsadüfən aşkar edilən kütləvi məzarlıq 1918-ci ilin qanlı günlərində Qubada ermənilər tərəfindən törədilmiş soyqırımının əyani sübutudur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin yaradılması haqqında Sərəncam imzalayıb.
Daha sonra məlumat verilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilən Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də istifadəyə verilib.

Akif AĞAYEV,

MASALLI.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]