Eko Aləm ictimai birliyi layihə işi çərçivəsində Gələcəyə səfər edib +FOTO=5

Eko Aləm ictimai birliyi layihə işi çərçivəsində “Gələcəyə” səfər edib +FOTO=5

Eko Aləm ictimai birliyi layihə işi çərçivəsində “Gələcəyə” səfər edib+FOTO=5

 

Alternativ və bərpa olan energetika daha çox dayanıqlı inkişafa və gələcəyə xidmətə yönələn perspektiv bir sahə hesab edilir. İqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün ətraf mühit çirklənmədən qorumaq lazımdır. Bunun da ən effektiv yolu alternativ və bərpa olan enerji mənbələrindən istifadədir.
Eko Aləm ictimai birliyi 29 mart 2022-cı il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə “Ətraf mühitin çirklənməsi-Alternativ və Bərpa Olan Enerji Mənbələri" səmərəliliyinin araşdırılması” layihəsi çərçivəsinində növbəti tədbirini Qobustan şəhərində yerləşən Energetika Nazirliyi yanında BOEM Dövlət Agentliyinə məxsus “Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzin”də həyata keçirtmişdir.

 

Layihənin əsas məqsədi Azərbaycanda ətraf mühitin çirklənməsinə ciddi təsir edən, enerji alınması məqsədi ilə istifadə edilən təbii yanacaq növlərinin azaldılmasına, təbiətin mühafizəsinə və qorunmasına xidmət edən Alternativ və Bərpa olunan enerji Mənbələrindən istifadə edilməsi sahəsində görülən işlərin araşdırılmasıdır.

 

Bu gün dünyada bərpa olunan enerji mənbələrindən istifadə sürətlə artmaqdadır. Bərpaolunan və ya yaşıl enerji-insan varlığı miqyasında tükənməz enerjidir. BOEM-dən istifadə, “yaşıl enerji”, “yaşıl enerji” texnologiyasının tətbiq edilən ərazilərdə sözün əsl mənasında da gələcəyə xidmət edir. Ölkəmizdə inşa edilən BOEM müəssisələrinə səfər etdikdə adama elə gəlir ki, hansısa yeni bir planetə qədəm qoymusunuz Müəssisələrin möhtəşəmliyi, ətraf mühitin vəziyyətinin yaxşılaşdırılması üçün burada görülən işlər, qurulan infrastruktur insanda bir anlıq “gələcək”yə düşdüyü kimi möhtəşəm bir duyğu yaradır və qürür hissi keçirirsən ki, bu da zövq verir.

 

Belə müəssisələrdən də biri, daha doğrusu birincisi Qobustan şəhərində inşa edilən “Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzi” inşa edilən ərazidir. 2013-cü ilin aprel ayından aktiv fəaliyyətdə olan “Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzi” dünyada ilk hibrid stansiyadır. Bu ekspremental mərkəz 38 hektar ərazidə kənd təsərrüfatına yararsız dağlıq ərazidə inşa edilmişdir.
Poliqonun ərazisində bizi Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzinin müdiri Anar Bayramov və İdarəetmə və İstismar Şöbəsinin mütəxəssisi Aqil Şirinov qarşıladı. Bizi poliqonun ərazisi, fəaliyyəti ilə tanış edərək, bizi maraqlandıran suallarımıza geniş cavab verdilər. Qobustan Eksperimental poliqonu ərazisində 25 nəfər işçi çalışdığını, hər birinin gücü 0,9 meqavata çatan üç külək turbini, 11922 ədəd günəş panelləri, 1,8 meqavat gücündə günəş enerjisi stansiyası və 1 meqavat gücündə eksperimental bioenerji qurğu inşa edilməsi barədə məlumatlar verdilər. Qobustan şəhərini enerji ilə tam təmin olunmasına nəzarət məqsədi ilə qurulan “ağıllı şəbəkə”ə barədə də geniş məlumatlar verdilər. Bu sistem vasitəsi ilə nəinki stansiyalarda olan qurğuların avtomatik idarə edilməsinə daim nəzarət etmək, eləcədə ölkənin digər regionlarında yerləşən müxtəlif BOEM üzrə enerji stansiyalarına nəzarət etmək imkanı vardır. Çox küləkli hava şəraiti, təşkilatın üzvlərinin açıq havada işləməsinə ciddi maneə törətsədə Eko Aləm ictimai birliyinin monitorinq qrupunun üzvləri stansiyada müşahidələr aparmış, maraqlandıqları məsələlər barədə sualları stansiyanın mütəxəssisləri tərəfindən cavablandırılmışdır.

 

Ölkənin elektrik enerjisi üzrə ümumi qoyuluş gücündə, bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilədək 30%-ə çatdırılması hədəflənir. Bu sahədə mühüm layihələr həyata keçirilməsi planlaşdırılsada icra edilən layihələrin tam layihə gücünə çatdırılması üçün bir sıra çətinlikləri də vardır. Bəzi layihələr hələ də tam gücünə çatdırılmamışdır.

 

Ölkəmizdə ictimai nəzarətin təşkili işi ən mühüm məsələlərdən hesab olunur. İctimaiyyətlə ayrı-ayrı dövlət qurumları arasında qarşılıqlı səmərəli fəaliyyətin təşkilinin həyata keçirilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi, qərarların qəbulu məsələsində ictimai rəyin nəzərə alınması məsələləri günümüzdə çox aktualdır. Həyata keçirirdiyimiz bu layihə də tam bu məqsədə xidmət edir. Layihə çərçivəsində bu müddət ərazində əməkdaşlıq etdiyimiz dövlət qurumları sırasında birinci yeri cənab nazir P. Şahbazov başda olmaqla Energetika Nazirliyi və Energetika Nazirliyi yanında BOEM Dövlət Agentliyi oldu. İctimaiyyət ilə əməkdaşlıq dövlət qurumlarının şəffavlıq meyarıdır.


 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]