Yayım Assosiasiyası cənublu yazarları bir araya topladı -(AZpress.AZ, Lənkəran, Ağaddin Babayev + FOTO=17)

“Yayım Assosiasiyası” cənublu yazarları bir araya topladı -(AZpress.AZ, Lənkəran, Ağaddin Babayev + FOTO=17)

“Yayım Assosiasiyası” cənublu yazarları bir araya topladı-(AZpress.AZ, Lənkəran, Ağaddin Babayev + FOTO=17)

 

Martın 29-da M.Ə.Sabir adına Lənkəran şəhər mərkəzi kitabxanasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi “Cənub bölgəsində yazarların tanıtımı və gənclərin oxu vərdişinin artırılması ilə bağlı tədbirlərin təşkili” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

 

AZpress.AZ xəbər verir ki, rayonda fəaliyyət göstərən kitabxanaların əməkdaşlarının, bölgənin tanınmış yazıçı və şairlərin, fəal oxucuların iştirak etdikləri tədbiri giriş sözü ilə Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nuranə Nəsirova açaraq keçirilən görüşün əhəmiyyətindən və oxucuların mütaliə mədəniyyətinin formalaşmasında kitabxana işçilərinin üzərinə düşən vəzifələrdən danışıb.

 

Daha sonra çıxış edən “Yayım Assosiasiyası” İctimai Birliyinin sədri, “Cənub bölgəsində yazarların tanıtımı və gənclərin oxu vərdişinin artırılması ilə bağlı tədbirlərin təşkili” layihəsinin rəhbəri Yaşar Zeynalov həyata keçirilən layihənin mahiyyəti, qaldırılan problemin həlli istiqamətində kitabxanaların rolu barədə məlumat verib.

 

Azərbaycan Yazıçılar Birliyi Lənkəran Bölməsinin sədri, yazıçı Qafar Cəfərov “Yayım Assosiasiyası”nın cənub bölgəsində oxucularla yazarların görüşlərinin keçirilməsi təşəbbüsünü dəstəklədiyini və rəhbərlik etdiyi təşkilatın məmmuniyyətlə bu layihəyə qatıldığını qeyd edib. Onun sözlərinə görə, cənub bölgəsində imzası ilə bütün respublikada tanınan, yazdıqları dəyərli əsərlərlə oxucuların rəğbətini qazanan onlarla şair və yazıçı yaşayıb-yaradır. Kitab və mütaliənin təbliğinin hazırki dövrdə xüsusi əhəmiyyət kəsb edən məsələlərdən olduğunu vurğulayan natiq bu məsələnin uşaqların, yeniyetmə və gənclərin, ümumilikdə isə cəmiyyətin və dövlətimizin gələcəyi ilə bağlı olduğunu bildirib:”Ona görə də əhalinin bütün kateqoriyalarının kitabxanalara cəlb edilməsi işinə əhəmiyyət verilməklə yanaşı, başlıca diqqət uşaq, yeniyetmə və gənclərin mütaliəsinə yönəldilməlidir”.

 

Daha sonra çıxış edən şair və yazıçılardan Ağamir Cavad, Xatirə Xatun, Ziyafət Yəhya, İdrak Dadaşov, Əhməd Haqsevər, Salman Məmmədoğlu, Qulaməli Hüseynov və digərləri yeni əsərlərini oxumaqla yanaşı, müasir dövrdə cəmiyyətimizdə mütaliə mədəniyyətinin inkişafının xüsusi əhəmiyyət kəsb etdiyi dönə-dönə vurğulayıblar.

 

Görüşün sonunda iştirakçılara “Yayım Assosiasiyası” tərəfindən dəftər-qələm və müxtəlif yazıçı-şairlərin kitabları hədiyyə olunub.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]