Toxumluq əkinlərin qeydiyyatı Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsilə həyata keçirilir

Toxumluq əkinlərin qeydiyyatı Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsilə həyata keçirilir

Cari ildən etibarən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) “Toxum” modulu fəaliyyətə başlayıb. Modulda toxumluq əkin bəyanlarının qəbulu, aprobasiyası, o cümlədən, istehsal olunmuş toxumların sertifikatlaşması kimi proseslərinin ayrı-ayrı mərhələləri elektronlaşdırılıb.


Bununla da toxumçuluq fəaliyyəti ilə məşğul olan fermerlərə EKTİS-də öz şəxsi elektron kabinetlərinə daxil olaraq toxumluq əkin bəyanları haqqında məlumatları əlavə etmək imkanı yaradılıb. Bu baxımdan toxumluq əkin prosesinin mərhələlərlə həyata keçirilməsi (toxumluq əkin bəyanı, aprobasiya və sertifikatlaşma) müvafiq təsərrüfatların işlərinin həm şəffaf, həm də daha asan və səmərəli formada həyata keçirilməsinə şərait yaradır.


Eyni zamanda, Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin mütəxəssisləri tərəfindən qeyd olunan proseslərin EKTİS-ə inteqrasiyası üçün Regional Mərkəzlərin, DAİM əməkdaşlarının və toxumçu fermerlərin məlumatlandırılması üçün onlayn formatda təlimlər keçirilib. Hazırda Mərkəz tərəfindən bəyanlar ilə bağlı fermerlərə müvafiq dəstək göstərilməkdədir.


Aqrar sahədə bu innovativ texnologiyaların tətbiqi düzgün təhlillərin aparılmasına və tələbata uyğun toxum istehsalının təkmilləşdirilməsinə təkan verəcək. Qeyd edək ki, cari ilin məhsulu üçün 150-dən çox toxumçuluq təsərrüfatı tərəfindən 52000 hektar sahə üzrə payızlıq əkinlər (toxumluq arpa və buğda) barədə məlumatlar EKTİS-ə daxil edilib və proses davam edir.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]