Şagirdlər üçün seminar keçirilib

Şagirdlər üçün seminar keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzinin (TDM) təşkilatçılığı ilə reallaşdırılan “Gələcəyə ümid” layihəsinə cəlb olunmuş şagirdlər üçün ADA Universitetində seminar keçirilib.


ADA Universitetinin Beynəlxalq və ictimai əlaqələr fakültəsinin müəllimi Şəfəq Mehrəliyeva tərəfindən “Təhsil və karyera” mövzusunda keçirilən seminarda layihənin ideya müəllifləri TDM-nin İngilis dili üzrə metodisti Tünzalə Rzayeva, mərkəzin psixoloqu Əziz Kərimov, ADA Universitetinin əməkdaşı Günel Muxtarova  və şagirdlər iştirak ediblər.


Seminarın keçirilməsinin əsas məqsədi məktəblilərin müxtəlif peşələrə olan meyil və maraqlarının müəyyənləşdirilməsi, gələcəkdə peşə və ixtisas seçimində onlara köməklik göstərilməsindən ibarətdir.


Seminarda gənclərə xəyallara, məqsədlərə çatmaq üçün şəxsi inkişafın vacibliyi, maliyyə savadlılığının faydaları barədə tövsiyələr səsləndirilib. Şagirdlərə iş və karyera arasındakı fərq, şəxsi maraq və dəyərlərə uyğun karyera seçimi məsələlərinə aydınlıq gətirilib. Eyni zamanda, iş, karyera anlayışları və düzgün peşə seçimi prosesinin mərhələləri də müxtəlif nümunələr əsasında müzakirə olunub.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]