Pandemiya qaydalarının yumşaldılması ilə əlaqədar İsmayıllıda səyyar görüş keçirilib - FOTO

Pandemiya qaydalarının yumşaldılması ilə əlaqədar İsmayıllıda səyyar görüş keçirilib - FOTO

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov vətəndaşlarla səyyar görüş keçirib. Görüş Qoşakənd kəndində kənd tam orta məktəbinin inzibati binasında keçirilib. Səyyar görüşdə hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.


Rayon rəhbəri bildirib ki, COVID-19 pandemiyası ilə əlaqədar olaraq iki ilə yaxındır ki, keçirilməyən səyyar görüşlər, artıq bərpa edilir və bu aydan etibarən, müəyyən olunmuş qrafik üzrə mütəmadi şəkildə baş tutacaq.


Pandemiya qaydalarına uyğun olaraq təşkil olunan görüşdə sakinlər müraciətlərini dilə gətirib, onları narahat edən məsələləri rayon rəhbərliyinin diqqətinə çatdırıblar. Müraciətlər arasında özünəməşğulluq proqramına qoşulmalarına köməklik edilməsi, kəndarası yolların təmiri, elektrik və su təchizatının və internet təminatının yaxşılaşdırılması, zəbt olunmuş örüş yerlərinin açılması və sair məsələlər üstünlük təşkil edib. Görüşdə iştirak edən sakinlər onları narahat edən şəxsi problemlərini də dilə gətiriblər.


Səsləndirilən problemlərin bir çoxu yerindəcə öz həllini tapıb, bəzilərinin isə araşdırılaraq qanunamüvafiq formada həlli üçün tapşırıqlar verilib.


Qeyd edək ki, vətəndaşlarla səyyar görüşlər bundan sonra da mütəmadi olaraq keçiriləcək.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]