Azərbaycanın Milli Qəhrəmanı Əsgər Əliyevin anım mərasimi keçirilib (AZpress.AZ,B.Ağaddin, +FOTO=5)

Azərbaycanın Milli Qəhrəmanı Əsgər Əliyevin anım mərasimi keçirilib (AZpress.AZ,B.Ağaddin, +FOTO=5)

Azərbaycanın Milli Qəhrəmanı Əsgər Əliyevin anım mərasimi keçirilib (AZpress.AZ, B.Ağaddin, +FOTO=5)

 

“Vətən, ana torpaq ugrunda şəhid olanlar, doğma xalqına sədaqət nümunəsi göstərənlər heç vaxt unudulmur. Onların xatirəsi qədirbilən xalqımız tərəfindən xatırlanaraq daim ürəklərdə yaşayır”. Bu fikirlər martın 17-də Azərbaycanın Milli Qəhrəmanı Əsgər Ələkbər oğlu Əliyevin anım günü ilə əlaqədar onun adını daşıyan Lənkəran şəhər mədəniyyət və istirahət parkında keçirilən tədbirdə səsləndirilib. Milli Qəhrəmanın ailə üzvlərinin, Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) rəsmilərinin, hüquq-mühafizə orqanları rəhbərlərinin, müharibə və əmək veteranlarının, ictimaiyyət nümayəndələrinin, məktəblilərin, hərbçilərin iştirak etdikləri mərasimdə çıxış edən natiqlər Milli Qəhrəmanın qısa, lakin şərəfli ömür yoluna bir daha işıq salaraq, onun xatirəsinə bəslənilən hörmət, diqqət və qayğıdan danışıblar.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov Milli Qəhrəmanın atası Hacı Ələkbər Əliyevə dərin hüznlə başsağlığı verərək, cəsur kursantın xatirəsinin həmişə xalqımız tərəfindən hörmətlə anıldığını, onun şərəfli ömür yolunun məktəblilərə, gənclərə örnək olduğunu diqqətə çatdırıb.

 

Tədbirdə çıxış edən Milli Qəhrəmanın atası Hacı Ələkbər Əliyev onun övladının xatirəsinə bəslənilən ehtirama görə ölkə prezidenti cənab İlham Əliyevə, ŞİH-nın başçısı Taleh Qaraşova, qədirbilən Azərbaycan xalqına ailəsi adından minnətdarlığını bildirib.

 

Qeyd edək ki, Əsgər Əliyev 1974-cü il noyabrın 8-də Lənkəranin Ləj kəndində anadan olub. 1982-1992-ci illərdə Ləj kənd və Haftonu qəsəbə orta məktəblərində təhsil alib. Daha sonra Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin tank-artilleriya fakültəsində təhsilini davam etdirib.
1995-ci il martın 17-də Bakıda hakimiyyəti zorla devirmək cəhdi zamanı Əsgər Əliyev 4 yaralını xilas edərkən aldığı ikinci güllə yarasından dünyasını dəyişib. Doğulduğu kəndin qəbirstanlığında dəfn olunub.

 

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Ə.Əliyev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Ağaddin BABAYEV,
Lənkəran
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]