AMEA Yüksək Texnologiyalar Parkı Web of Science bazasında təmsil olunub

AMEA Yüksək Texnologiyalar Parkı “Web of Science” bazasında təmsil olunub

AMEA Yüksək Texnologiyalar Parkı “Web of Science” bazasında təmsil olunub 

 

YT Parkın əməkdaşının həmmüəllifi olduğu məqalə “Web of Science” bazasında indeksləşən jurnalda dərc olunub


Azərbaycan alimlərinin həmmüəllifi olduğu məqalə “Web of Science” bazasında indeksləşən jurnalda dərc olunub

 

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Siyasətin fəlsəfəsi və sosiologiyası şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə və həmin şöbənin doktorantı, AMEA Yüksək Texnologiyalar Parkının şöbə müdiri Bünyamin Seyidovun həmmüəllifləri olduqları “Azərbaycanın yeni qitələrə çıxış strategiyası” (Access strategy of Azerbaıjan towards new contınents) adlı məqalə “Web of Science” bazasında (Emerging Sources Citation Index) indeksləşən Qazaxıstan Elmlər Akademiyasının “Xəbərlər” jurnalında çap edilib.

 

Məqalədə Azərbaycan Respublikasının xarici siyasətinin vəzifələri beynəlxalq hüquq və münasibətlər sistemi çərçivəsində tədqiq edilib. Həmçinin xarici siyasətin prioritetləri Azərbaycan xalqının milli maraqları və ölkənin milli təhlükəsizliyi kontekstində izah edilib. Yeni müttəfiqlər qazanmaq və diplomatik ekspansiya həyata keçirmək məqsədi daşıyan “Azərbaycanın yeni qitələrə doğru çıxış strategiyası” xarici siyasət qarşısında duran mühüm prioritetlərdən və vəzifələrdən biri kimi əsaslandırılır. Tədqiqatçılar məsələyə istər beynəlxalq, istərsə də ölkə səviyyəsində gündəmdə olan məsələlərdən biri kimi yanaşaraq qeyd olunanlarla bağlı öz təhlilini irəli sürüblər.
Məqalə xarici siyasətin prioritetlərinin və vəzifələrinin öyrənilməsi baxımdan böyük əhəmiyyətə malikdir.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]