Gənc müəllim və şagird "Gündəm təhsildir" proqramında

Gənc müəllim və şagird "Gündəm təhsildir" proqramında

18 mart saat 16:00-da “Gündəm təhsildir” onlayn müzakirə proqramının “Yaradıcı müəllim necə olmalıdır?” mövzusunda növbəti buraxılışı yayımlanacaq.


Proqramın budəfəki qonaqları müəllimlərin işə qəbulu müsabiqəsində yüksək bal toplayaraq gənc müəllim kimi fəaliyyətə başlayan, “Yaradıcı müəllim” təqdimat müsabiqəsində “Yaratmaq elə də çətin deyil” mövzusu ilə I yerin qalibi olan Bakı şəhəri 80 nömrəli tam orta məktəbin tarix müəllimi Aytən Sərdarlı və həmin məktəbin VIII sinif şagirdi, eyni zamanda AQUPDK yanında Uşaq Səfirlər Məclisinin üzvü və həmin məclisin İKT departamentinin direktoru, “Qızıl Qələm” mükafatı laureatı Ayan Əhmədovadır.


Qeyd edək ki,  onlayn müzakirə proqramı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]