Ağcabədidə Novruz yarmarkası keçirilib (AZpressAZ -Mais İbrahimov +FOTO=21)

Ağcabədidə Novruz yarmarkası keçirilib (AZpressAZ -Mais İbrahimov +FOTO=21)

Ağcabədidə Novruz yarmarkası keçirilib (AZpressAZ -Mais İbrahimov +FOTO=21)

 

Martın 13-də xalqımızın əziz bayramı olan Novruz münasibəti ilə rayonumuzda ənənəvi yarmarka keçirilib. Rayon mərkəzi stadionunda keçirilən yarmarkada kənd təsərrüfatı məhsullarının satışı təşkil olunub.
AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, yarmarkada sakinlərə rayonun müxtəlif inzibati ərazi vahidlərindən gətirilmiş təzə və yüksək keyfiyyətli qoyun, quzu, mal, toyuq əti, müxtəlif ceşidli meyvələr və digər kənd təsərrüfatı məhsulları təqdim olunub. Yarmarka iştirakçılarına təklif olunan ərzaq məhsulları bazardakından xeyli ucuz qiymətə satılıb.

Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov bayram yarmarkasında iştirak edərək, kənd təsərrüfatı məhsullarının satışı vəziyyəti ilə tanış olub və bununla əlaqədar lazımi tapşırıqlarını verib.
Novruz yarmarkası rayon sakinləri tərəfindən böyük minnətdarlıq və razılıq hissi ilə qarşılanıb.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]