AMEA-nın müəssisələri Teknofest Azərbaycan Aviasiya, Kosmos və Texnologiya festivalında iştirak edəcək

AMEA-nın müəssisələri “Teknofest Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalında iştirak edəcək

AMEA-nın müəssisələri “Teknofest Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalında iştirak edəcək 

 

26-29 may 2022-ci il tarixlərində Bakı şəhərində keçiriləcək “Teknofest Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalında AMEA-nın müəssisələri də təmsil olunacaq.

 

Bu barədə AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev Rəyasət Heyətinin martın 11-də keçirilən iclasında məlumat verib.

 

Akademik Rasim Əliquliyev festivalın Türkiyə və Azərbaycan arasında bütün sahələrdə mövcud olan yüksək əməkdaşlıq münasibətlərinin növbəti təzahürü olduğunu, qardaş ölkənin məsul qurumlarının böyük dəstəyi ilə təşkil ediləcək festivalın ən son trend və texnologiyalar ilə tanış olmaq imkanı yaratdığını vurğulayıb.

 

Festivalda AMEA-nın pavilyonu üçün müvafiq sahənin ayrıldığını deyən akademik Rasim Əliquliyev Akademiyanın elmi müəssisələrinin “Teknofest”də yaxından iştirakının zəruriliyinə toxunub.

 

İclasda AMEA prezidenti v.i.e., akademik Arif Həşimov “Teknofest Azərbaycan” festivalında AMEA-nın yüksək səviyyədə iştirakı və elmi nailiyyətlərin sərgilənməsi ilə bağlı tapşırıqlarını verib.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]