Doymamış epoksid birləşmələri, onların əsasında alınan polimer və birgəpolimerlər adlı kitab nəşr olunub

“Doymamış epoksid birləşmələri, onların əsasında alınan polimer və birgəpolimerlər” adlı kitab nəşr olunub

“Doymamış epoksid birləşmələri, onların əsasında alınan polimer və birgəpolimerlər” adlı kitab nəşr olunub 

 

AMEA-nın Polimer Materialları İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Bəxtiyar Məmmədov, Makromonomer əsaslı polimer materiallar laboratoriyasının müdiri kimya üzrə fəlsəfə doktoru Aynurə Məmmədova və Biomimetik polimer materiallar laboratoriyasının müdiri kimya üzrə fəlsəfə doktoru, dosent Sevil Maşayevanın “Doymamış epoksid birləşmələri, onların əsasında alınan polimer və birgəpolimerlər” adlı kitabı nəşr olunub. 304 səhifədən ibarət olan kitab institutun Elmi şurasının qərarına əsasən “Zərdabi nəşriyyat-poliqrafiya”da çap olunub.

 

Kitabda ədəbiyyatda məlum olmayan allil-, propargil- və allilpropargil qrupları saxlayan üçlü spirtlərin alınmasının yeni səmərəli üsulları və onların əsasında epoksid birləşmələrinin sintez metodları, sintez olunmuş birləşmələrin quruluşları müasir fiziki-kimyəvi analiz üsulları ilə təyin edilib. Allilpropargil birləşmələrinin asetilasetonatdikarbonilrodium və Spayer katalizatorlarının iştirakı ilə hidrosililləşməsi reaksiyalarının tədqiqindən alınan nəticələr araşdırılıb və göstərilib ki, hidrosililləşmə reaksiyaları allil sırası qlisidil efirlərində ikiqat rabitədən, propargil sırası birləşmələrdə isə üçqat rabitədən gedir və trans-izomerlərin alınması ilə nəticələnir.

 

Həmçinin, tərkibində allil-, propargil- və allilpropargil qrupları saxlayan halogenidlər əsasında müvafiq doymamış spirtlərin, xlorhidrinlərin, qlisidil efirlərinin, dietilaminospirtlərin, tiiranların, silisiumüzvi birləşmələrin alınmasının səmərəli üsulları nəzərdən keçirilib, bu birləşmələr əsasında polimerlərin və kompozit materiallarının alınmasına, onların tətbiq sahələrinin müəyyənləşdirilməsinə həsr olunan tədqiqat işlərinin nəticələri təhlil edilərək ümumiləşdirilib.

 

Kitab kimya sahəsi üzrə təhsil alan tələbələr, doktorantlar və elmi işçilər üçün nəzərdə tutulub.

 

 


 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]