"Firidun bəy Köçərli - Azərbaycan təhsil tarixi" adlı elmi - praktik konfrans - FOTO

"Firidun bəy Köçərli - Azərbaycan təhsil tarixi" adlı elmi - praktik konfrans - FOTO

Paytaxt məktəbində “Firidun bəy Köçərli - Azərbaycan təhsil tarixi” adlı elmi - praktik konfrans təşkil olunub.


Konfransda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, millət vəkilləri Sadiq Qurbanov, Əliabbas Salahzadə, Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov, YAP Sabunçu Rayon Təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun Azərbaycan Xalq Cümhuriyyəti tarixi şöbəsinin aparıcı elmi işçisi Vasif Qafarov, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov, Pedaqoji elmlər doktoru, professor Hikmət Əlizadə, Təhsil İnstitutunun direktor müavini Ənvər Abbasov, F.B.Köçərli adına uşaq kitabxanasının direktoru Şəhla Qənbərova, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin məsləhətçisi Elnur Qasımov, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.


Konfransı giriş sözü ilə açan 96 nömrəli tam orta məktəbin direktoru Mehriban Hacıyeva İrəvan Müəllimlər Seminariyasından, burada ilk pedaqoji fəaliyyətə başlayan və Azərbaycan ədəbiyyatına böyük töhfə verən görkəmli ziyalı Firidun bəy Köçərli barədə danışıb.


BŞTİ müdiri Mehriban Vəliyeva Prezident İlham Əliyevin “İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi” haqqında Sərəncamını əhəmiyyətli tarixi hadisə kimi qiymətləndirib. Bildirib ki, bu, İrəvan mahalında azərbaycanlıların min illər boyu yaratdığı tarixi irsə sahib çıxmaqla yaddaşımızı bərpa etməyə və strateji hədəflərə nail olmağa yönəlib.


M.Vəliyeva İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi ilə bağlı BŞTİ-nin müvafiq əmr ilə təsdiqlənmiş Tədbirlər Planına əsasən, təhsil müəssisələrində “Dəyirmi masa”, seminar, görüş, sərgi və disputların təşkil edildiyini diqqətə çatdırıb. O, görkəmli maarifpərvər, ziyalı Firidun bəy Köçərlinin İrəvan Müəllimlər Seminariyasında müəllim kimi fəaliyyətindən də bəhs edib.


Digər çıxış edənlər elmi-praktik konfransın ümumi əhəmiyyətinə, məzmununa və örnək ideyasına görə xüsusilə diqqət çəkdiyini söyləyiblər. Bildiriblər ki, qədim İrəvan şəhərində 140 il bundan əvvəl fəaliyyətə başlayan Müəllimlər Seminariyası təhsil və pedaqoji fikir tariximizin, maarifçilik ideyalarının, milli mədəniyyətimizin və kimliyimizin parlaq səhifələrindən birini təşkil edir. Görkəmli Azərbaycan maarifçisi Firidun bəy Köçərli də bu parlaq ideyaların carçılarından biri olub.


İrəvan Müəllimlər Seminariyası və görkəmli ziyalı Firidun bəy Köçərlidən bəhs edən videoçarxlar nümayiş olunub.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]