ADA-nın Capstone adlı elmi-praktiki tədqiqat layihəsi çərçivəsində MEDİA-da görüş keçirilib +FOTO=3

ADA-nın “Capstone” adlı elmi-praktiki tədqiqat layihəsi çərçivəsində MEDİA-da görüş keçirilib +FOTO=3

ADA-nın “Capstone” adlı elmi-praktiki tədqiqat layihəsi çərçivəsində MEDİA-da görüş keçirilib 

 

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin ADA Universiteti ilə birgə əməkdaşlığı çərçivəsində magistr və bakalavr dərəcələri üzrə yuxarı kurs tələbələri üçün təşkil edilən “Capstone” adlı elmi-praktiki tədqiqat layihəsi əsasında 11 mart 2022-ci il tarixində Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və tələbələr arasında görüş keçirilib.

 

Görüş zamanı tələbələrlə elmi və praktik tədqiqat mövzusu təyin edilib və bu istiqamətdə müzakirələr aparılıb.

 

Qeyd edək ki, "Capstone" adlı elmi-praktiki tədqiqat layihəsi həm bakalavr, həm də magistr tələbələri üçün nəzərdə tutulmuş yekun buraxılış işidir. Bu tədqiqat layihəsi 1 semestr, yəni 4 ay müddətində davam edəcəkdir. Tələbələrlə əvvəlcədən təyin edilmiş cədvəl üzrə Medianın İnkişafı Agentliyində mütəmadi görüşlər keçiriləcəkdir. Yekunda tələbələr tədqiq etdikləri mövzu üzrə buraxılış yazı işini hazırlayıb və həmçinin onun prezentasiya şəklində təqdimatını edəcəklər.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]