MEK akademik qadınların kitab sərgisini virtual və ənənəvi formada təqdim edir

MEK akademik qadınların kitab sərgisini virtual və ənənəvi formada təqdim edir

MEK akademik qadınların kitab sərgisini virtual və ənənəvi formada təqdim edir 

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən ölkə və dünya elminə böyük tövhələr vermiş görkəmli akademik qadınlara həsr olunmuş virtual kitab sərgisi hazırlanıb.

 

Sərgidə akademik qadınlardan İzzət Mirzəağa qızı Orucovanın, Zərifə Əziz qızı Əliyevanın, Ədilə Ənvər qızı Namazovanın, Zemfira Yusif qızı Səfərovanın, Nailə Məmmədəli qızı Vəlixanlının, Gövhər Bəxşəli qızı Baxşəliyevanın, Nərgiz Çingiz qızı Axundovanın, Nərgiz Arif qızı Paşayevanın, İradə Məmməd qızı Hüseynovanın məhsuldar elmi fəaliyyətlərini özündə cəmləşdirən nəşrlər təqdim olunur.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və dahi liderin layiqli siyasi davamçısı Preizdent İlham Əliyevin qadınlar haqqında söylədiyi dəyərli fikirlərlə başlayan virtual sərgiyə görkəmli oftalmoloq alim, dünya tibb elminə əvəzsiz tövhələr verən, akademik Zərifə xanım Əliyevaya həsr edilmiş dəyərli nəşrlər, akademik Nərgiz Paşayevanın görkəmli şərqşünas alim Aida İmanquliyevaya həsr etdiyi “Dünya deyilən sənmişsən” kitabı, akademik Nailə Vəlixanlının “Azərbaycan VII-XII əsrlərdə: tarix, mənbələr, şərhlər”, akademik Gövhər Baxşəliyevanın “Ölməzliyə aparan yol”, “Hamıdan ucadır alimin yeri”, akademik Zemfira Səfərovanın “Ölməzlik”, “Azərbaycanın musiqi elmi: XIII-XX əsrlər”, akademik Nərgiz Axundovanın “Asiya və Afrika ölkələrinin orta əsrlər tarixi”, akademik İradə Hüseynovanın həmmüəllif olduğu “Azərbaycanda fitoplazma xəstəlikləri” və digər ədəbiyyatlar daxil edilib.

 

Qeyd edək ki, nəşrlərin bir qisminin yer aldığı virtual sərgi ilə yanaşı, oxucular MEK-də ənənəvi formada təşkil edilən sərgi ilə də tanış ola bilərlər.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]