ADLARIN ERMƏNİLƏŞDİRİLMƏSİNƏ DAİR KİTABIN TƏQDİMATI KEÇİRİLİB +FOTO=4

ADLARIN ERMƏNİLƏŞDİRİLMƏSİNƏ DAİR KİTABIN TƏQDİMATI KEÇİRİLİB +FOTO=4

ADLARIN ERMƏNİLƏŞDİRİLMƏSİNƏ DAİR KİTABIN TƏQDİMATI KEÇİRİLİB 

 

AMEA akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutunun Elmi seminarında Yasin Azərtürkün (Kərimovun) “Azərbaycanın tarixi ərazilərindəki yaşayış məntəqələri adlarının erməniləşdirilməsi” kitabının təqdimatı keçirilib.

 

Ön sözlə çıxış edın İnstitutun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov kitabın AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətini təsdiqləyən xarici arxiv materiallarının toplanması və nəşri” layihəsi çərçivəsində aqrar üzrə elmlər doktoru Yasin Kərimov tərəfindən hazırlandığını diqqətə çatdırıb. Baş direktor Rusiyanın arxivlərinə yol taparaq əhəmiyyətli sənədləri üzə çıxaran və Azərbaycanın tarixi ərazilərindəki (indiki Ermənistan) adların dəyişdirilərək erməniləşdirilməsini sübut edən kitabın böyük əhəmiyyətini qeyd edib. O bildirib ki, Y.Azərtürkün əldə etdiyi Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 60-dan artıq fərman və digər sənədlərində 1946-1968-ci illər ərzində müxtəlif bəhanələrlə 300-dən artıq türk mənşəli adın erməni adı ilə dəyişdirilməsi sübut olunub. (Bu günə qədər belə adların sayı 1000-i ötüb) Ermənilər tarixin izini ört-basdır etmək məqsədilə əzəli türk adlarını özünküləşdirərkən müxtəlif bəhanələrdən istifadə ediblər. Məsələn, fərmana əlavə olunmuş arayışda deyilir: “Ermənistanda xarici işğalçıların hakimiyyəti dövründən qalmış təhqiramiz məna daşıyan yaşayış məntəqələrinin türk mənşəli adlarının dəyişdirilməsi üzrə işlər gedir. Həmçinin, imkan olduqca erməni tarixi adları bərpa edilir”. Yaxud digər bir fərmanda deyilir: “Əhalisi Azərbaycana köçməsi ilə əlaqədar adları göstərilən yaşayış məntəqələri ləğv edilsin”.

 

Yasin Azərtürk çıxışında qrant layihəsi əsasında başa gələn kitabın yaranmasında qabaqcıl ziyalılarımızın, dövlət işçilərinin, alimlərin ona verdiyi mənəvi dəstəyin, müsbət fikirlərin rolunu xüsusi qeyd edib, onu ermənilərin öz əlləri ilə özlərini ifşa edən rəsmi dövlət sənədlərinin toplanaraq kitab halında salınmasına ruhlandırdığını diqqətə çatdırıb.

 

Kitabın ön səhifələrində vaxtılə (1521-ci ildə) Azərbaycan Səfəvilər dövlətinin malik olduğu 3 500 000 km2-lik əraziyə sahib olduğundan bəhs edilir, böyük ərazisinin zaman-zaman qonşu dövlətlər tərəfindən işğalına və parçalanmasına gətirib çıxaran hadisələr haqqında xroniki şəkildə məlumat verilir. Sonda həqiqi adları və tarixi göstərilməklə, dəyişdirilmiş yaşayış məntəqələrinin, eləcə də 1988-1991-ci illərdə bütün azərbaycanlıların öz tarixi ərazilərindən qovulmasından sonra Ermənistanda adları dəyişdirilmiş yaşayış məntəqələrinin siyahısı verilir.

 

Mövzu ətrafında çıxış edən şöbə müdirləri - c.ü.f.doktorları Şamil Əzizov, Habil Haqverdiyev və İsmayıl Quliyev kitab haqqında fikirlərini bölüşüblər, onun ingilis dilinə tərcümə edilməsini və eləcə də kitabın geniş ictimaiyyətə çatdırılması üçün kütləvi informasiya vasitələrinin rolunu vacib hesab ediblər.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]