Kolumbiyanın nüfuzlu radiosunda Xocalı soyqırımı haqda danışılıb

Kolumbiyanın nüfuzlu radiosunda Xocalı soyqırımı haqda danışılıb

Kolumbiyanın çoxmilyonlu dinləyici kütləsinə malik “Caracol” radio kanalında bu ölkədəki səfirimiz Məmməd Talıbovun Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı müsahibəsi efirə gedib.


Müsahibədə Ermənistanın Azərbaycana qarşı onilliklərlə davam edən ərazi iddiaları və hərbi təcaüvüzü, o cümlədən tarixi ərazilərimizin beşdə birini işğal etməsi və 1 milyona yaxın soydaşımızı etnik təmizləməyə məruz qoyması faktları haqda məlumat verilib.


Kolumbiyalı dinləyicilərə Xocalı soyqrımının dəhşətlərindən bəhs edən təmsilçimiz, erməni silahlı qüvvələrinin mülki azərbaycanlıları hədəfə aldığı qətliam zamanı yüzlərlə günahsız soydaşımızın, uşaq, qadın və yaşlıların qətlə yetirildiyi, əsir götürülərək misilsiz işgəncələrə məruz qaldığını bildirib.


Azərbaycanın 2020-ci ilin sonlarında Ermənistanın növbəti hərbi təxribatı səbəbindən baş vermiş 44 günlük Vətən müharibəsi zamanı öz tarixi torpaqlarını işğaldan azad etdiyini qeyd edən səfir, Azərbaycanın regionda davamlı sülh və sabitliyin təmin edilməsi prinsipindən çıxış etdiyini, buna nail olunması üçün Ermənistanın ölkəmizin ərazi bütövlüyünü tanıması və əsassız ərazi iddialarından əl çəkməsi gərəkdiyini söyləyib.   


Sonda Azərbaycanla Kolumbiya arasında ikitərəfli əlaqələrin hazırkı səviyyəsi, bu xüsusda ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən təhsil və mədəni sahələrdə qarşılıqlı mübadilə təcrübəsi, habelə ölkəmizin turizm imkanları haqda danışılıb.


https://alacarta.caracol.com.co/audio/caracol_radio_noticierocaracol_20220227_070000_080000/
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]