COĞRAFİYA İNSTİTUTUNDA XOCALI FACİƏSİNİN İLDÖNÜMÜ QEYD EDİLİB +FOTO=4

COĞRAFİYA İNSTİTUTUNDA XOCALI FACİƏSİNİN İLDÖNÜMÜ QEYD EDİLİB +FOTO=4

COĞRAFİYA İNSTİTUTUNDA XOCALI FACİƏSİNİN İLDÖNÜMÜ QEYD EDİLİB 

 

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda Xocalı qurbanlarının anım mərasimi keçirilib.

 

İlk öncə tədbir iştirakşiları Xocalı, eləcə də Vətənimizin bütövlüyü uğrunda canlarını qurban vermiş bütün şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

 

Xocalı faciəsinin Azərbaycan tarixində ən qanlı və bağışlanmaz bir qətliam olduğunu qeyd edən baş direktor, coğrafiya elmləri doktoru Zakir Eminov bildirib ki, tarixdə Azərbaycanın bir çox şanlı səhifəsi var ki, bunlardan biri də ölkəmizin Qarabağ uğrunda apardığı mübarizədir. Bu gün artıq deyə bilərik ki, bu problem demək olar, həllini tapıb. İgid, qeyrətli oğullarımızın şücaəti sayəsində şanlı ordumuz 44 gün ərzində düşməni yerində oturdub, torpaqları azad edib. Ancaq bu qələbə heç də asan başa gəlməyib, xalqımız dəfələrlə vəhşi, azğın düşmənlə üz-üzə durub, çoxlu qanlar axıdılıb, qurbanlar verilib. Xocalı qətliamı bu faciələrin ən dəhşətlisidir ki, bu gün onun 30-cu ildönümünü qeyd etməyə yığışmışıq. Bəlkə də biz hər ildönümündə bu hadisələri xatılayarkən sözlərimizdə, fikirlərimizdə təkrarlanırıq. Lakin buna baxmayaraq Xocalı hadisələri unudulmamalı, yeni yetişən nəslə çatdırılmalı, hansı bir ölkə ilə, çörəyi dizinin üstündə olan bir dövlətlə qonşu olduğumuzu bizə həmişə xatırlatmalıdır. Prezident İlham Əliyevin təbirincə desək, "dəmir yumruq” erməni faşistlərinin yenidən dirçəlib faciə törətməsinə imkan verməməlidir.

 

Sonra çıxış edən İnstitutun Həmkarlar Təşkilatının sədri, c.ü.f.d. Habil Haqverdiyev statistik rəqəmləri önə çəkərək Xocalı hadisələrində erməni vəhşiliyi nəticəsində 613 nəfərin öldürüldüyünü, 487 nəfərin şikəst olduğunu, 1275 nəfər dinc sakinin əsir götürülərək ağlasığmaz zülmlərə, təhqir və həqarətlərə məruz qaldığını, 150 nəfərin itkin düşdüyünü, 56 nəfərin xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirildiyini diqqətə çatdırıb.

 

Tədbir Beynəlxalq və İctimaiyyətlə əlaqələr şöbəsinin hazırladığı videonun nümayişi ilə sona çatıb.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]