Ağcabədidə Xocalı soyqırımının 30-cu ildönümü qeyd olunub (AZpressAZ -Mais İbrahimov +FOTO=62)

Ağcabədidə Xocalı soyqırımının 30-cu ildönümü qeyd olunub (AZpressAZ -Mais İbrahimov +FOTO=62)

Ağcabədidə Xocalı soyqırımının 30-cu ildönümü qeyd olunub (AZpressAZ -Mais İbrahimov +FOTO=62)

 

Fevralın 26-da Ağcabədi rayonunda bəşər tarixinə qanlı cinayət hadisələrindən biri kimi daxil olan Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilib.

 

AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov Ağcabədi Asan Xidmət Mərkəzində Xocalı sakinləri ilə görüşüb. Görüş zamanı çıxış edən rayon rəhbəri azərbaycanlılara qarşı həyata keçirilən bu faciənin insanlıq əleyhinə törədilmiş cinayət olduğunu qeyd edib. Sonra çıxış edən Xocalı sakinləri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına öz minnətdarlıqlarını bildiriblər.

 

Görüş başa çatdıqdan sonra Ağcabədi Bayraq Muzeyindən Qəhrəmanlar Parkına qədər yürüş keçirilib. Yürüşdə rayon rəhbərliyi, idarə, təşkilat, müəssisə əməkdaşları, tələbələr, rayon sakinləri iştirak ediblər. Yürüş iştirakçıları əllərində 30 il əvvəl törədilmiş hadisələrin dəhşətli səhnələrini əks etdirən fotoşəkillər, bayraqlar daşıyıb, “Xocalıya ədalət”, “Şəhidlər ölməz, Vətən bölünməz”, “Qarabağ Azərbaycandır” şüarlarını səsləndiriblər.

 

Daha sonra Qəhrəmanlar Parkında faciə ilə əlaqədar olaraq anım tədbiri keçirilib. Ədalətin, humanizimin tapdalandığı o gün şəhid olan bütün soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ağcabədi rayon Məscidinin baş axundu şəhidlərimizin ruhuna dualar oxuyub.

 

Anım tədbiri şəhər 1 saylı tam orta məktəbin şagirdlərinin təqdimatında ədəbi-bədii kompozisiya ilə davam etdirilib.

 

Sonda şəhidlərimizin xatirəsini əbədiləşdirən Abidə kompleksi və vətən uğrunda canından keçən şəhidlərimizin məzarları ziyarət olunub,üzərinə tər çiçəklər düzülüb.

 


 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]