LƏNKƏRANDA XOCALI SOYQIRIMININ 30-CU İLDÖNÜMÜ QEYD OLUNUB - AZpressAZ (Ağaddin Babayev, FOTO=4)

LƏNKƏRANDA XOCALI SOYQIRIMININ 30-CU İLDÖNÜMÜ QEYD OLUNUB - AZpressAZ (Ağaddin Babayev, FOTO=4)

LƏNKƏRANDA XOCALI SOYQIRIMININ 30-CU İLDÖNÜMÜ QEYD OLUNUB - AZpressAZ (Ağaddin Babayev, FOTO=4)

 

Fevralın 26-da Lənkəran şəhərində azərbaycanlıların soyqırımı qurbanları xatirə parkındakı "Ana heykəli" qarşısında Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı anım mərasimi keçirilib.

 

AZpress.AZ xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra aparatının rəsmiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri və gənclər abidəni ziyarət edərək önünə gül-çiçək dəstələri düzüb, faciə qurbanlarının xatirəsini dərin hüznlə yad ediblər.

 

Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar hazırlanmış tədbirlər planına uyğun rayonun idarə, müəssisə və təşkilatlarında, Heydər Əliyev Mərkəzində, Lənkəran Dövlət Universitetində, orta ixtisas və ümumtəhsil məktəblərində, mədəniyyət ocaqlarında, klub və kitabxanalarda soyqırım qurbanlarına həsr edilmiş dərslər, anım tədbirləri, xatirə gecələri, rəsm və kitab sərgiləri, foto-stendlər nümayiş etdirilib, xatirələri ehtiramla yad olunub.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]