Məmmədəli Mehtiyev dünya reytinqində 2-ci, Hidayət Heydərovsa 3-cü pilləyə yüksəlib -İNTİQAM təqdim edir (AZpress.AZ)

Məmmədəli Mehtiyev dünya reytinqində 2-ci, Hidayət Heydərovsa 3-cü pilləyə yüksəlib -İNTİQAM təqdim edir (AZpress.AZ)

Məmmədəli Mehtiyev dünya reytinqində 2-ci, Hidayət Heydərovsa 3-cü pilləyə yüksəlib -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Beynəlxalq Cüdo Federasiyası (İJF) İzrailin paytaxtı Təl-Əvivdə keçirilən reytinq xarakterli "Böyük Dəbilqə" turnirindən sonra çüdoçuların yeni reytinq cədvəlini elan edib. Yeni cədvəldə yer alan cüdoçularımız arasında mövqeyini yaxşılaşdıran, yerində sayan və geriləyənlər də var.

 

İlk öncə onu qeyd edək ki, Təl-Əvivdə qızıl medal qazanan cüdoçularımızdan Məmmədəli Mehtiyev (90 kq) xallarının sayıni 4560-a çatdırmaqla 6-cı pillədən 2-ci yerə qalxıb. Təl-Əvivdə birinci yeri tutan digər cüdoçumuz Hidayət Heydərovsa (73 kq) 2420 xalla 8-ci yerdən birbaşa 3-cü pilləyə yüksəlib. Sözügedən turnirdə 3-cü yeri tutan Zəlim Kotsayevsə (100 kq) 3352 xalla 8-cu pilləyə qalxıb.

 

Digər cüdoçularımıza gəlincə, 60 kq-da tatamiyə çıxan və İzraildə 5-ci olan Kəramət Hüseynov (2945) 4-cü pillədəki mövqeyində qalıb. Həmin çəkidə güləşən Balabəy Ağayev (1750) 5 pillə irəliləməklə 20-ci, Davud Məmmədsoy (920) isə əksinə 15 pillə geriləməklə 41-ci olub.

 

73 kq-da çıxış edən və uzun illər yığmanın lideri olan Rüstəm Orucovsa (2412) bu dəfə də geriləməklə 11-ci yerdən 12-ci pilləyə düşüb.

 

81 kq-da mübarizə aparan Murad Fətiyev (2384m 12-ci pillədə qaldığıı halda, həmin çəkidə Elcan Hacıyev (850) 2 pillə geriləməklə 42-ci yerə yuvarlanıb.

 

Bir müddət yığmadan kənar düşdükdən sonra yenidən milliyə dönən Elmar Qasımovsa (1201) 5 pillə irəliləməklə 26-cı olub. Ən ağırımız olan (+100 kq) və Təl-Əviv turnirində elə startdaca uduzan Uşanqi Kokuari (2301) 12-ci yerdən 13-ə düşüb.

 

Zərif cinsdən olan cüdoçularımıza gəlincə, +78 kq-da çıxış edən və 2 pillə qalxmaqla 11-ci olan İrina Kindzerska (2570) istisna olmaqla, qalan təmsilçilərimiz geriləməklə diqqət çəkib. 48 kq-da Leyla Əliyeva (955) 34-də 35-ə, həmin çəkidə Ayşən Qurbanlı (450) isə 54-dən 59-da yuvarlanıb. 52 kq-da Gültac Məmmədəliyeva (696) 5 pillə geriləməklə 46-cı olub. 57 kq çəkidə isə İçinxhorlo Munkhtsedev (860) yerində sayıb - 43. 63, 70 və 78 kq çəki dərəcələrində isə yenə də ilk yüzlükdə yer alan təmsilçimiz yoxdur.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]