Xocalı – bir millətin kədəri Akif Ağayev (AZpress.AZ)

“Xocalı – bir millətin kədəri” Akif Ağayev (AZpress.AZ)

 “Xocalı – bir millətin kədəri”

 

Masallıda sənədli filmin nümayişi

 

 

“Masallı Gənclər Evi” sosial xidmət müəssisəsi və Masallı Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu il dönümü ilə bağlı “Xocalı – bir millətin kədəri” sənədli filmi nümayiş olunub.

Masallı rayon Heydər Əliyev Mərkəzindəki film nümayişində “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin, rayon gənclər və idman idarəsinin əməkdaşları, Vətən müharibəsi iştirakçıları, Masallı Dövlət Regional Kollecin müəllim və tələbələri iştirak ediblər.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin Metodisdi Tural Sadıqov məlumat verib ki, bu filmlə bir daha erməni vəhşiliyi, erməni vandalizmi və işğalçılığı dünyaya nümayiş olunur, Ermənistanın işğalçılıq siyasəti, Azərbaycan türklərinə qarşı terror aktları, ötən əsrdə törədilən bəşəri faciə olan Xocalı soyqrımı şahidlərin dili ilə faktlar və sənədlərlə tamaşaçılara çatdırılır.

Qeyd edək ki, “Xocalı – bir millətin kədəri” adlı sənədli filmi 1988-1993-cü illərdə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ torpaqlarının Ermənistan tərəfindən işğalı, 1992-ci il fevralın 26-da Ermənistan ordusunun Xocalı şəhərində yerli azərbaycanlı əhaliyə qarşı törətdiyi vəhşilik və soyqırımı aktı, Xocalı soyqırımı haqqında həqiqətlərin gizlədilməsi istiqamətində Ermənistanın və onun müxtəlif dairələrinin fəaliyyətinin və erməni yalanlarının ifşa olunması haqqındadır.

Sənədli filmin əsas səciyyəvi xüsusiyyətlərindən biri də Xocalıdan yeni videomaterialların filmin istehsalında istifadə olunmasıdır. Bu baxımdan, yeni film Azərbaycanda Xocalının bütün tarixi dövrlərini və 26 fevral 1992-ci il soyqırımını video-arxiv sənədləri və muzey materialları ilə əks etdirən modern formatda hazırlanmış real tarixdir.

Bir neçə dilə tərcümə olunan filmin ideya müəllifi və direktoru Nurəddin Mehdiyev, ssenari müəllifi Birləşmiş Krallıqdan olan araşdırmaçı jurnalist İan Piert, məsləhətçiləri-Milli Məclisin deputatı Elman Məmmədov, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, tarixçi–alim Ramin Əlizadə və Natıq Alışov, quruluşçu rejissoru Teymur Nəcəfzadə, operatorları Pərviz Əliyev və Cahid Əliyevdir. Filmi Azərbaycan dilində Elşən Rüstəmov səsləndirib.

Film Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ərsəyə gətirilib.

 

Akif AĞAYEV,

MASALLI.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]