YAP Lənkəran Dövlət Dram Teatrı ərazi təşkilatının yığıncağı keçirilib AZpress.AZ (Ağaddin Babayev, FOTO=4)

YAP Lənkəran Dövlət Dram Teatrı ərazi təşkilatının yığıncağı keçirilib AZpress.AZ (Ağaddin Babayev, FOTO=4)

YAP Lənkəran Dövlət Dram Teatrı ərazi təşkilatının yığıncağı keçirilib AZpress.AZ (Ağaddin Babayev, FOTO=4) 

 

YAP Lənkəran Dövlət Dram Teatrı ərazi təşkilatının yığıncağı keçirilib.

AZpressAZ xəbər verir ki, tədbiri giriş sözü ilə açan ərazi təşkilatının sədri Namiq Ağayev təşkilat üzvlərinin ötən dövr ərzindəki fəaliyyətləri barədə ümumi məlumat verərək yeni dövr üçün partiyanın qarşısında duran vəzifələrdən bəhs edib.

Yığıncaqda çıxış edən partiya üzvlərindən Aynur Əhmədova, Şahrud Ağayeva və digərləri ərazi partiya təşkilatının fəaliyyətini qənaətbəxş qiymətləndirərək onun fəaliyyətinin daha da möhkəmləndirilməsindən ötrü rəy və təkliflərini veriblər.

 

İclası yekunlaşdıran N.Ağayev ölkəmizin və regionun alternativsiz, avanqard partiyası olan Yeni Azərbaycan Partiyasının Azərbaycanın siyasi həyatına gətirdiyi çevik, dinamik islahatlardan, yeni qəbul olunan Əsasnamələrdən, üzvlük haqlarının məbləği və ödənilməsi qaydası barədə ətraflı danışıb. Partiyanın məqsəd və vəzifələrinin həyata keçirilməsi, üzvlərin dəqiq qeydiyyatının aparılması, nizam- intizamın möhkəmləndirilməsi, üzvlük haqlarının vaxtında və qaydalara uyğun şəkildə ödənilməsi barədə tapşırıq və tövsiyələrini verib.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]