Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına medallar təqdim olunub - FOTO

Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına medallar təqdim olunub - FOTO

Bu gün  İsmayıllı Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək şəhidlik zirvəsinə yüksəlmiş igidlərin ailələrinə və Vətən müharibəsi iştirakçılarına medalların təqdimetmə mərasimi keçirilib.


Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, RİH-nin əməkdaşları, şəhidlərin ailə üzvləri, qazilər, Qarabağ Müharibəsi veteranları iştirak ediblər.


Əvvəlcə ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.


Rayon rəhbəri tədbiri giriş sözü ilə açaraq şəhidlərimizin döyüş yoluna nəzər salıb, onların əsl vətənpərvər, qorxmaz, cəsur və yüksək nizam-intizamlı hərbiçi olduqlarını bildirib. RİH başçısı Vətənə layiqli oğullar yetişdirdikləri üçün şəhid ailələrinə, qazilərimizə öz minnətdarlığını bildirib. Vətən müharibəsində şücaət və qəhrəmanlıq göstərərək işğal olunmuş torpaqlarımızın azad olunmasında fərqləndiklərinə görə təltif edilən hərbi qulluqçuları təbrik edərək şəhidlərimizə rəhmət diləyib, qazilərimizə isə tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayıb.
Sonra Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Kom

andan İlham Əliyevin sərəncamları ilə təltif olunmuş şəhidlərin medalları ailə üzvlərinə, Vətən müharibəsi iştirakçılarının medalları isə özlərinə təqdim olunub.


Şəhid ailələri və Vətən müharibəsi iştirakçıları onlara göstərilən dövlət qayğısına görə ölkə Prezidentinə minnətdarlıqlarını bildiriblər. Sonda xatirə şəkli çəkilib.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]