Azərbaycan-Pakistan iqtisadi əməkdaşlıq palatasının prezidenti ilə görüş keçirilib

Azərbaycan-Pakistan iqtisadi əməkdaşlıq palatasının prezidenti ilə görüş keçirilib

Fevralın 8-də Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov Azərbaycan-Pakistan  iqtisadi əməkdaşlıq  palatasının prezidenti Khurram Bhatti ilə görüşüb.
 

Görüşdə  Komitənin aidiyyəti strukturlarının nümayəndələri, Pakistanın ölkəmizdəki səfirinin müavini Moazzam Ali Sahito da iştirak ediblər.
 

İsmayıl Hüseynov Azərbaycanla Pakistan arasındakı  tarixi dostluq və qardaşlıq münasibətlərindən məmnunluqla bəhs edib və 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana  göstərilən mənəvi dəstəyi bunun bariz nümunəsi kimi qiymətləndirib.  Komitə sədrinin birinci müavini  qarşılıqlı əməkdaşılığın güclənməsində iki ölkənin dövlət başçılarının həyata keçirdiyi məqsədyönlü siyasətin mühüm rol oynadığını bildirib.
 

O da qeyd olunub ki, müxtəlif sahələrdə səmərəli əməkdaşlıq, dostluq münasibətləri qurulsa da iki ölkə arasındakı ticarət dövriyyəsi qənaətbəxş deyil. İsmayıl Hüseynov Azərbaycan-Pakistan  iqtisadi əməkdaşlıq  palatasının bu istiqamətdə səmərəli fəaliyyət göstərəcəyinə, iqtisadi və ticarət münasibətlərinin də qısa zaman kəsiyində genişlənəcəyinə ümidvar olduğunu bildirib.
 

Azərbaycan-Pakistan  iqtisadi əməkdaşlıq  palatasının prezidenti Khurram Bhatti səmimi görüşə görə təşəkkürünü bildirib, iki ölkə arasındakı münasibətlərdən məmnunluqla bəhs edib, qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsinin, xüsusilə ticarət sahəsində əlaqələrin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
 

Görüşdə Dövlət Gömrük Komitəsi ilə Azərbaycan-Pakistan  iqtisadi əməkdaşlıq  palatası arasında daimi işçi qrupun formalaşdırılması,  əlaqələrin daha da gücləndirilməsi qərara alınıb.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]