Ölkəmiz güləşçilərin ilk reytinq xarakterli turnirinə 26 pəhləvanla qatılacaq -İNTİQAM təqdim edir (AZpress.AZ)

Ölkəmiz güləşçilərin ilk reytinq xarakterli turnirinə 26 pəhləvanla qatılacaq -İNTİQAM təqdim edir (AZpress.AZ)

Ölkəmiz güləşçilərin ilk reytinq xarakterli turnirinə 26 pəhləvanla qatılacaq -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Fevralın 24-dən 28-dək Türkiyənin İstanbul şəhərində güləşçilər arasında mövsümün ilk reytinq xarakterli turniri keçiriləcək. Söhbət ənənəvi Yaşar Doğu Memorialından gedir. Dünya Güləş Birliyinin (UWW) təqvim planı əsasında keçirilən bu turnirdə Azərbaycan böyük heyətlə iştirak etməyi planlaşdırıb. 26 nəfərlik heyətə sərbəst güləşçilərdən İslam Bazarqanov (61 kq), Əli Rəhimzadə, Əhmədnəbi Qvarzatilov (hər ikisi 65 kq). Qitinomaqomed Hacıyev (70 kq), Soslan Tağıyev (74 kq), Hacımurad Omarov (hər ikisi 79 kq), Hacımurad Maqomedsaidov (86 kq) və Şamil Zubayrov (97 kq), yunan-Romaçılardan isə İbvrahim Nurullayev (55 kq), Eldəniz Əzizli (60 kq). Taleh Məmmədov, Murad Məmmədov (hər ikisi 63 kq). Namaz Rüstəmov, Həsrət Cəfərov (hər ikisi 67 kq), Ülvi Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Tuncay Vəzirzadə, Rafiq Hüseynov (hər ikisi 82 kq), İslam Abbasov (87 kq), Arif Niftullayev, Murat Lokayev (hər ikisi 97 kq) və Çeka Kandelaki (130 kq) yer alıb. Qadınlara gəlincə, bəlli turnirdə Türkan Nəsirova (50 kq). Tatyana Vorontsova (53 kq). Alena Kolesnik (59 kq) və Elis Manolova (65 kq) ölkəmisi təmsil edəcək.
Yeri gəlmişkən, güləşçilərin növbəti reytinq xarakterli turnirləri Qazaxıstanda (2-5 iyun), Tunisdə (14-17 iyun) və İtaliyada (22-25 iyun, "Matteo Pellikone" turniri) keçiriləcək.
İNTİQAM Məmmədov
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]