Lənkəranda 20 Yanvar şəhidinin abidə kompleksinin açılışı olub- AZpressAZ (Ağaddin Babayev+FOTO=5)

Lənkəranda 20 Yanvar şəhidinin abidə kompleksinin açılışı olub- AZpressAZ (Ağaddin Babayev+FOTO=5)

Lənkəranda 20 Yanvar şəhidinin abidə kompleksinin açılışı olub-AZpressAZ (Ağaddin Babayev+FOTO=5)

 

Lənkəranda məzunlarından dövlət müstəqilliyi, Vətən torpaqlarının müdafiəsi və azadlığı uğrunda daha çox şəhid vermiş təhsil müəssisələrindən biri də 20 yanvar şəhidi Rövşən Bədəlovun adını daşıyan şəhər 9 saylı tam orta məktəbidir. Məktəbin məzunlarından 1 nəfəri 1990-cı il 20 yanvar hadisələri zamanı, 6 nəfəri isə Qarabağ müharibəsində erməni işğalçılarına qarşı qanlı döyüşlərdə qəhrəmancasına şəhid olub.

 

Məktəbin müəllim və şagird kollektivi şəhid məzunların xatirəsini heç vaxt unutmur, daim əziz tutur. Şəhid valideynlərinin və doğmalırının iştirakı ilə burada tez-tez şəhidlərə həsr olunmuş müsamirələr, xatirə günləri və digər tədbirlər keçirilir, onların qəhrəmanlıqları barədə şagirdlərə ətraflı məlumatlar verilir.

 

Fevralın 8-də məktəbin məzunları olmuş şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə tikilmiş abidə kompleksinin açılışı olub. Bu münasibətlə keçirilən tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra aparatının məsul şəxsləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi qaziləri, ictimaiyyət nümayəndələri, məktəbin şagird və müəllim kollektivi iştirak edib.

 

İcra başçısı və tədbir iştirakçıları abidə önünə tər çiçəklər düzərək şəhidlərin xatirəsinə ehtiramlarını ifadə ediblər.

 

Tədbirdə çıxış edən İcra başçısı T.Qaraşov şəhidlərin xatirəsinin əbədiləşdirilməsi sahəsində görülən işlərin təqdirəlayiq təşəbbüslər olduğunu bildirərək ölkə Prezidenti İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın dövlət müstəqilliyimizin və işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərə bəslədikləri hörmət və ehtiramın nümunəsində görülən bu işlərin milli-mənəvi dəyərlərin geniş təbliğində, gənc nəslin vətənpərvər ruhda tərbiyələnməsində mühüm əhəmiyyət daşıdığını qeyd edib.

 

Tədbirin sonunda İcra başçısı şəhid valideynləri və doğmaları ilə görüşərək onların qayğıları ilə bir daha yaxından maraqlanıb.

 

Görüş iştirakçıları davamlı diqqətə və şəhidlərin xatirəsinə göstərilən ehtirama görə Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi minnətdarlıqlarını bildiriblər.
Tədbir məktəblilərin ifasında şəhidlərə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə başa çatıb.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]