Rəssam Tamilla Abdullayevanın sərgisi açıldı +FOTO=18

Rəssam Tamilla Abdullayevanın sərgisi açıldı +FOTO=18

Rəssam Tamilla Abdullayevanın sərgisi açıldı 
 


Yanvarın 28-də Azərbaycan Milli Xalça Muzeyində “Rəngarəng qobelen dünyası. Tamilla Abdullayevanın fərdi sərgisi”nin rəsmi açılış mərasimi keçirildi.

 

Sərgini Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova açaraq, rəssamın zəngin, rəngarəng, ecazkar yaradıcı dünyasından danışıb. Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru Tamilla Məmmədova, qobelen və xalça üzrə tanınmış rəssam Tamilla Abdullayeva çıxış ediblər.
Sərgidə sənətkarın 1990-2022-ci illərdə yaratdığı 50-dən artıq əsər – qobelen, xalça və xalça eskizi nümayiş olunur. Burada Tamilla Abdullayevanın “Kəpənəklər”, “Ağaclar”, “Qədim Azərbaycan rəmzləri”, “Təbiət ünsürləri”, “Dörd fəsil” adlı silsilə əsərləri, o cümlədən abstrakt və çiçək kompozisiyalı əsərləri təqdim edilir.

 

Müxtəlif toxuma üsulları ilə ərsəyə gələn, sakit, həzin, tarazlaşdırılmış kompozisiyaları, elementlərin səthdə ustalıqla yerləşdirilməsi, isti, qəlboxşayan, gözəl və zəngin rəng qamması ilə seçilən qobelenlərdə rəssamın ecazkar yaradıcı dünyası müşahidə olunur. Rəssam bu əsərləri yaradarkən əksər hallarda hazır eskizdən deyil, yalnız bədii ideya və improvizasiya bacarığından bəhrələnib.
Sərgidə T.Abdullayevanın ustadı görkəmli rəssam Lətif Kərimovun yaradıcılıq yolunu davam etdirərək yaratdığı “İslimibəndlik”, “Əfşan”, “Saxsıda güllər” xalçaları da təqdim edilir. Yüksək zövq və romantik qəlbə sahib rəssamın bu əsərlərində rəng və ornamentlər arasında çox gözəl bağlılıq qurulub.
Qeyd edək ki, sərgi çərçivəsində mühazirə, rəssamla görüş, qobelentoxuma üzrə ustad dərslər, tematik ekskursiyalar keçiriləcək.

 

Sərgi 25 fevral 2022-ci il tarixinədək davam edəcək.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]