Balabəy Ağayev Qran-Prinin finalında -İNTİQAM təqdim edir (AZpress.AZ)

Balabəy Ağayev Qran-Prinin finalında -İNTİQAM təqdim edir (AZpress.AZ)

Balabəy Ağayev Qran-Prinin finalında -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Bu gün Portuqaliyanın Almade şəhərində 2022-ci il mövsümünün cüdo üzrə ilk rəsmi turniri olan Qran-Priyə start verilib. Xəbər verdiyimiz kimi, Azərbaycan bu yarışa əvvəlcədən planlaşdırıldığı kimi 4-ü qadın olmaqla 13 cüdoçu ilə deyil, cəmi 5 tatami ustası ilə qatılıb. Turnirin ilk günü iki təmsilçimiz mübarizəyə qatılıb ki, onlardan da biri uğurla çıxış edərək finala yüksəlib. Söhbət 60 kq-da tatamiyə çıxan Balabəy Ağayevdən gedir. Ötən il Fransada "Böyük Dəbilqə"ni udmaqla Azərbaycan cüdosunda yeni tarix yazan Ağayev finala qədər müvafiq ardıcıllıqla Özbəkistan (116 final), İsveçrə (18), Monqolıstan (14) və Yaponiya (12) təmsilçisini üstələyərək adını finala yazdırıb. Artıq ən pis halda turnirin gümüş medalını özünə təmin edən Ağayev həlledici finalda Cənubi Koreya təmsilçisi Xa-Rim Li ilə qarşılaşacaq.
Ağayevlə eyni çəkidə güləşən ve bu gün mübarizəyə qatılan digər cüdoçumuz Rövşən Əliyevsə startda braziliyalı rəqibini udsa da, 18 finalda monqol cüdoçu ilə bacarmayıb.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]