"SOCAR karbamid" zavodu ixracı genişləndirir - FOTO

"SOCAR karbamid" zavodu ixracı genişləndirir - FOTO

Sumqayıt Kimya Sənaye Parkının rezidenti - “SOCAR karbamid” zavodu ölkəmizdə kənd təsərrüfatının inkişafında, həmçinin qeyri-neft ixracında önəmli rola malikdir. Belə ki, son 3 il ərzində zavodda istehsal olunan karbamid gübrəsinin satışı 3 dəfə artmaqla, təxminən 372 min ton təşkil edib. Ötən il müəssisənin gəlirləri 6 dəfə artaraq 223 milyon manatı ötüb.


Müəssisədə istehsal olunan karbamid gübrəsi daxili bazarla yanaşı, xarici bazarlara da çıxarılır. Zavodun məhsullarının 87%-i Braziliya, Türkiyə, Rumıniya, Rusiya, Bolqarıstan, Albaniya, İtaliya, Gürcüstan və s. ölkələrə ixrac olunur.


Qeyd edək ki, “SOCAR karbamid” zavodu 2019-cu ilin yanvar ayında fəaliyyətə başlayıb. Müəssisə azot gübrəsi idxalından asılılığın aradan qaldırılması, yerli fermerlərin tələbatının ödənilməsində mühüm rol oynayır.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]