Mərkəzi Elmi Kitabxana tərəfindən mərhum alim Bahadir Tağıyevin biblioqrafik göstəricisi hazırlanıb +FOTO

Mərkəzi Elmi Kitabxana tərəfindən mərhum alim Bahadir Tağıyevin biblioqrafik göstəricisi hazırlanıb +FOTO

Mərkəzi Elmi Kitabxana tərəfindən mərhum alim Bahadir Tağıyevin biblioqrafik göstəricisi hazırlanıb 

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən hazırlanan “Bahadir Hüseyn oğlu Tağıyev” adlı biblioqrafik göstərici istifadəyə verilib. Kitab yarımkeçiricilər fizikası və elektronikası sahəsində aparıcı alim, fizika- riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Respublikasının Dövlət  Mükafatı laureatı Bahadir Hüseyn oğlu Tağıyevin xatirəsinə həsr edilib. Bu biblioqrafik göstəricidə alimin həyatı, yaradıcılıq yolları və elmi fəaliyyətinin əsas tarixlərinə -1959-2019-cu illərə nəzər salınır, eləcə də B.H.Tağıyevin respublikada və xaricdə nəşr olunan məqalə və məruzələrini əhatə edən elmi əsərlərinin adı çəkilir.

 

Göstəriciyə daxil edilmiş biblioqrafik təsvirlər dillər üzrə əlifba sırası ilə xronolojiqaydada və vahid ardıcıl nömrələnmə əsasında verilmişdir. Vəsaitdən istifadəni asanlaşdırmaq məqsədi ilə köməkçi aparat tərtib edilmiş, Bahadir Hüseyn oğlu Tağıyevin əsərlərinin, həmçinin əlifba göstəricisi verilmişdir. Qeyd edək ki, biblioqrafik göstəricinin redaktoru professor Oktay Tağıyev, tərtibçilər Leyla Qarayeva, Ayşən Abdullayeva, redaktor dosent Nazilə Soltanova, ixtisas redaktoru Mərkəzi Elmi Kitabxananın Biblioqrafiya şöbəsinin baş
biblioqrafı Afət Məmmədovadır. Onu da bildirək ki, bu vəsait fizika sahəsində çalışan alim və mütəxəssislər, ali  məktəb tələbələri, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]