Şəhriyar Məmmədyarov Sergey Karyakinlə qarşılaşacaq -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Şəhriyar Məmmədyarov Sergey Karyakinlə qarşılaşacaq -İNTİQAM təqdim edir (AZpress.AZ)
Yanvarın 15-də Hollandiyanın Veyk-An-Zee şəhərində startı verilən "Tata Steel Chess" super şahmat turniri artıq finişə yaxınlaşır. Həmyerlimiz Şəhriar Məmmədyarovla yanaşı, dünyanın daha 13 ən güclü qrossmeysterinin dairəvi sistem üzrə mübarizə apardığı bəlli turnirdə bu gün sayca 11-ci olan növbəti turun oyunları keçiriləcək. Hesabat turunda Məmmədyarov rusiyalı Sergey Karyakinlə qarşılaşacaq. İştirakçılar arasında reytinq göstəricisinə görə Məmmədyarovun 4-cü, Karyakinisə 7-ci olduğunu və eləcə də onların turnir cədvəlində hazırki vəziyyətlərini nəzərə alsaq, Azərbaycan şahmatçısını çəkinmədən bu duelin favariti hesab etmək olar. 13 turdan ibarət olan turnirin geridə qalan 10 turundan sonra yarış cədvəlində vəziyyət belədir: 1. Maqnus Karlsen (Norveç) - 7 xal, 2. Aniş Qiri (Hollandiya) - 6,5 xal, 3-4. Şəhriyar Məmmədyarov, Rixard Rapport (Macarıstan) - hərəyə 6 xal, 5-7. Vidit Santoş Qucarati (Hindistan), Sergey Karyakin, Andrey Yesipenko (hər ikisi Risiya) - hərəyə 5,5 xal, 8. Fabiano Karuana (ABŞ) - 5 xal, 9-10. Yorden Van Forest (Hollandiya), Yan-Kşiştof Duda (Polşa) - hərəyə 4,5 xal, 11. Samuel Şenklend (ABŞ) - 4 xal, 12-13. Daniiil Dubov (Rusiya), Rameşbabu Praqqanandxa (Hindistan) - hərəyə 3,5 xal, 14. Nils Qrandelius (İsveç) - 3 xal.
Turnirə yanvarın 30-da 13-cü turla yekun vurulacaq.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)